Ermənistan ordusunda kadr dəyişiklikləri olub | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan ordusunda kadr dəyişiklikləri olub

17:18 - 17 / 02 / 2023
Ermənistan ordusunda kadr dəyişiklikləri olub

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahında şəxsi heyətlə iş üzrə şöbəyə Smbat Qriqoryan rəis təyin olunub.

1news.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Prezident Vaaqn Xaçaturyan digər sərəncamı ilə onu 5-ci ordu korpusunun komandanı postundan azad edib.

Prezidentin digər sərəncamları ilə Sasun Badasyan 5-ci ordu korpusunun komandanı təyin olunub, Albert Baqdasaryan isə Baş Qərargahın şəxsi heyətlə iş üzrə şöbə rəisi postundan çıxarılıb.

APA

Paylaş:
948

Son xəbərlər

Bütün xəbərlər