Azərbaycan ilə Böyük Britaniya arasında yeni saziş imzalanıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan ilə Böyük Britaniya arasında yeni saziş imzalanıb

Qafar Ağayev13:46 - 23 / 02 / 2023
Azərbaycan ilə Böyük Britaniya arasında yeni saziş imzalanıb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanda səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa üzrə dövlət naziri Leo Dokerti ilə görüşüb.

1news.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün “Twitter” hesabında yazıb.

Nazir qeyd edib ki, Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı hökumətləri arasında beynəlxalq avtomobil daşımaları haqqında Saziş imzalanıb.

"Saziş iki ölkə arasında qarşılıqlı ticarətin artımı üçün yüklərin rəvan hərəkətinə əlverişli şərait yaradacaq" - deyə, R.Nəbiyev əlavə edib.

Paylaş:
695

Son xəbərlər

Bütün xəbərlər