Ölkənin yüksək dağlıq ərazilərində qarölçmə işləri davam edir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölkənin yüksək dağlıq ərazilərində qarölçmə işləri davam edir - FOTO

Qafar Ağayev10:56 - 13 / 03 / 2023
Ölkənin yüksək dağlıq ərazilərində qarölçmə işləri davam edir - FOTO

Ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi və aprel, may, iyun aylarında (yaz-yay gursululuq dövründə) çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə Milli Hidrometeorologiya Xidmətinin mütəxəssis-hidroloqları tərəfindən ölkənin yüksək dağlıq ərazilərində qarölçmə işləri davam edir.

Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev 1news.az-a bildirib ki, Balakən rayonu ərazisində Balakənçayın hövzəsində, dəniz səviyyəsindən 1700-2200 metr yüksəklikdə və Zaqatala rayonu ərazisində Talaçayın hövzəsində, dəniz səviyyəsindən 1800-2000 metr yüksəklikdə ölçmə işləri artıq başa çatıb.

"Hazırda Zaqatala rayonu ərazisindən keçən Katexçayın hövzəsində qarölçmə işləri davam etdirilir."

Paylaş:
345

Son xəbərlər

Bütün xəbərlər