İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Qafar Ağayev20:20 - 17 / 03 / 2023
İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

1news.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli həmvətənlər!

Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar əhval ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə nailiyyətlər arzulayıram.

Azərbaycan torpağında çox qədim kökləri olan Novruz bayramı əcdadlarımızın indiki nəsillərə müqəddəs yadigarıdır. Zamanın bütün sınaqlarından çıxaraq əsrlərin yaddaşında silinməz izlər qoyan bu el bayramı uzaq dövrlərdən bəri xalqımızın mənəvi dünyasının dərinliklərinə nüfuz etmiş, ənənəvi dəyərlərimizin təşəkkülündə mühüm rol oynamışdır. Ulu babalarımızın zəngin daxili aləmi, müdrik həyat fəlsəfəsi və gələcəklə bağlı işıqlı arzuları bahar bayramında dolğun təcəssümünü tapmışdır.

Ülvi bəşəri hisslərin daşıyıcısına çevrilən, yeniləşdirici gücə malik Novruz bayramı bu gün də insanlar arasında səmimi münasibətlərə yol açaraq dostluq, mərhəmət və xeyirxahlıq duyğularını möhkəmləndirir, cəmiyyətimizin vahid məfkurə ətrafında inkişafının ahəngdarlığını təmin edir. Milli varlığımızın ayrılmaz parçası saydığımız və yad təsirlərdən qoruduğumuz Novruz ənənələri mənəvi sərvətlərimizə hörmətlə yanaşmağımızın yüksək ifadəsi, eyni zamanda bəşər mədəniyyəti xəzinəsinə qiymətli töhfəmizdir.

Xatirəsini daim minnətdarlıqla andığımız şəhidlərimizin öz canları, qanları bahasına azadlıq bəxş etdikləri əzəli torpaqlarımızda gerçəkləşdirilən irimiqyaslı layihələr, geniş vüsət alan quruculuq işləri və əhalimizin doğma yurdlara qayıdışı ilə yenidən canlanan həyat yaz fəslinin Odlar diyarına builki gəlişinə xüsusi ab-hava qatır və rəmzi məna qazandırır.

Ölkəmizin hüdudlarından uzaqlarda yaşayan, qəlbi vətən sevgisi ilə döyünən və baharı bizimlə birgə qarşılayan soydaşlarımıza bayram salamlarımı yetirirəm.

Bu əlamətdar bayramın hər evə, hər ocağa yeni sevinc, bol ruzi-bərəkət və firavanlıq gətirməsini arzu edirəm.

Novruz bayramınız mübarək olsun!”

Paylaş:
421

Son xəbərlər

Polad Bülbüloğlu Lavrovun müavini Mixail Qaluzinlə görüşmüşdür31 / 03 / 2023, 19:53Gələn həftənin ilk gününə olan USD/AZN rəsmi məzənnəsini açıqlanıb31 / 03 / 2023, 17:47Aprelin 9-da IX siniflər üçün buraxılış imtahanı keçiriləcək31 / 03 / 2023, 17:32Ağdam sakini Bərdədə meşə ərazisini qanunsuz şumlayıb31 / 03 / 2023, 17:23Beyləqanda rüşvətə görə yaxalanan məmurların işi məhkəməyə göndərilib31 / 03 / 2023, 17:12Bu avtobusun hərəkət istiqaməti dəyişdirilir31 / 03 / 2023, 16:54Azərbaycanda daha 64 nəfər koronavirusa yoluxub, 467 vaksin vurulub31 / 03 / 2023, 16:41XİN: Fazil Mustafaya qarşı terror aktının istintaqının ilkin izləri İrana dəlalət edir31 / 03 / 2023, 16:13Ayxan Hacızadə: İran-Ermənistan qardaşlığı bütövlükdə region üçün təhlükə olaraq qalmaqdadır31 / 03 / 2023, 16:00Ayxan Hacızadə İran XİN-in sözçüsünə cavab verib: İran tərəfinin bu təhdidləri Azərbaycanı heç zaman qorxuda bilməz31 / 03 / 2023, 15:48“Ağyoxuş-1” qızıl yatağı yaxınlığında növbəti ağacəkmə aksiyası keçirilib - FOTO31 / 03 / 2023, 15:35Bakı metrosuna sərnişin xlor dağıtdı31 / 03 / 2023, 15:2831 mart hadisələri – bəşəriyyət tarixinin unudulmaz faciəsi31 / 03 / 2023, 15:19“Toyota Prius”: bilmədiyimiz özəllikləri - təhlükəsizlik və rahatlıq - VİDEO31 / 03 / 2023, 15:15Sabahdan müharibə veteranı və şəhid ailələri üçün yeni “Çağrı Mərkəzi” fəaliyyətə başlayır31 / 03 / 2023, 15:09Azərbaycan ilə Çex Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr aparılıb31 / 03 / 2023, 15:06Aprel ayına olan hava proqnozu açıqlanıb31 / 03 / 2023, 15:03Autizmin ilkin simptomlarına nələr daxildir? - Psixiatr Aydan Cabbarovadan CAVAB31 / 03 / 2023, 15:00Qərbi Azərbaycan İcması 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb31 / 03 / 2023, 14:47Mərkəzi Bank standart məlumatlandırma forması təsdiq edəcək31 / 03 / 2023, 14:28
Bütün xəbərlər

Next TV