TÜRKPA Seçki Müşahidə Missiyası Qazaxıstanda növbədənkənar parlament seçkilərini müşahidə edəcəkdir | 1news.az | Xəbərlər
Siyasət

TÜRKPA Seçki Müşahidə Missiyası Qazaxıstanda növbədənkənar parlament seçkilərini müşahidə edəcəkdir

Qafar Ağayev12:15 - 18 / 03 / 2023
TÜRKPA Seçki Müşahidə Missiyası Qazaxıstanda növbədənkənar parlament seçkilərini müşahidə edəcəkdir

Azərbaycan, Qırğızıstan və Türkiyədən olan parlamentarilər, həmçinin TÜRKPA Katibliyinin nümayəndələrindən ibarət TÜRKPA Seçki Müşahidə Missiyası 19 mart 2023-cü ildə Qazaxıstan Respublikasında keçiriləcək növbədənkənar parlament seçkilərinin (Məclisin – aşağı palatanın üzvlərinin seçkiləri) qısamüddətli müşahidəsini həyata keçirəcəkdir.

1news.az xəbər verir ki, müşahidə proqramı çərçivəsində Missiyanın rəsmilər və seçkilərdə iştirak edən siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirəcəyi gözlənilir.

Seçki günü Missiya səsvermə prosesini yerində izləmək üçün Astana və Almatı şəhərlərində səsvermə məntəqələrini ziyarət edəcəkdir. 20 mart tarixində Missiya öz müşahidəsinin ilkin nəticələrinə dair mətbuat konfransı keçirəcəkdir.

Qazaxıstanda növbədənkənr parlament seçkiləri qanunvericilik islahatları fonunda baş tutur. 5 iyun 2022-ci il ümumxalq referendumu nəticəsində Konstitusiyaya dəyişikliklər, digərləri ilə yanaşı, Parlament Məclisinin üzvlərinin seçilməsi üçün qarışıq seçki sisteminə keçid ilə əlaqədar olmuşdur. Referendumdan sonra seçki qanunvericiliyinə Məclis üzvlərinin seçki sistemi, seçkilərin təşkili və keçirilməsi ilə bağlı müvafiq dəyişikliklər edilmişdir. Son dəyişikliklərə əsasən, Məclisin 98 üzvündən 69-u vahid ümumxalq seçki dairəsi ərazisində proporsional təmsilçilik sistemi üzrə siyasi partiyalardan partiya siyahıları əsasında, 29 üzvü isə birmandatlı ərazi seçki dairələri üzrə seçilir.

Paylaş:
168

Son xəbərlər

Azərbaycan XİN-dən Ermənistan Baş nazirinin iddialarına CAVABBu gün, 17:43Musa Quliyev yenidən QDİƏT PM-in komissiya sədri seçilibBu gün, 17:31İstirahət günlərində regionlarda gözlənilən hava şəraiti açıqlanıbBu gün, 16:43BMT nümayəndəsinə Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətindən bəhs edilibBu gün, 16:08Şabranda ikimərtəbəli evdə yanğın olubBu gün, 15:52Rusiya XİN Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtması məsələsinə münasibət bildiribBu gün, 15:34Kahramanmaraşda 5,3 bal gücündə zəlzələ olubBu gün, 15:232023-cü ilin ilk iki ayında Azərbaycanda sərnişinlər ən çox bu nəqliyyat vasitəsindən istifadə edibBu gün, 15:06Azərbaycan XİN Pakistanı təbrik edibBu gün, 14:44HHQ-nin hərbi hissəsində qrup rəhbəri müsabiqəsi keçirilibBu gün, 14:15Oqtay Əliyevlə vida mərasimi keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:05Gömrükdən qanunsuz keçirilən brend geyim əşyaları aşkar olunub - FOTOBu gün, 13:42Kamaləddin Qafarov: “Sammit ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına təkan verəcək”Bu gün, 13:20İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıbBu gün, 13:11Sabah 20 dərəcə isti olacaq - ProqnozBu gün, 12:37Azərbaycanın qadın boksçusu ilk dəfə dünya çempionatının yarımfinalına yüksəlib - FOTOBu gün, 12:07Ötən gün yol qəzalarında ölənlərin sayı açıqlanıbBu gün, 12:03Lökbatanda ticarət mərkəzindən oğurluq olubBu gün, 11:43Azərbaycanda meteorologiya sahəsində “Erkən Xəbərdarlıq Sistemi”nin təməli qoyulurBu gün, 11:40Xəzər rayonunda əl qumbarası aşkarlanıb - FOTOBu gün, 11:29
Bütün xəbərlər

Next TV