Deputat: Yeni qanun xarici qüvvələrinin maraqlarına xidmət edən radikalların “qara kabusudur” | 1news.az | Xəbərlər
Siyasət

Deputat: Yeni qanun xarici qüvvələrinin maraqlarına xidmət edən radikalların “qara kabusudur”

Qafar Ağayev10:50 - 30 / 03 / 2023
Deputat: Yeni qanun xarici qüvvələrinin maraqlarına xidmət edən radikalların “qara kabusudur”

“Ölkəmizdə yeni siyasi konfiqurasiya şəraitində dialoq prosesinin dərinləşdirilməsi, siyasi partiyalarla işin müasir çağırışlar əsasında ardıcıl olaraq davam etdirilməsi siaysi münasibətlərin inkişafına mühüm təsir göstərir. Yeni islahatlar kursu siyasi sistemin inkişafını təmin edən çox vacib amillərdən biridir. Təbii ki, burada siyasi proseslərin iştirakçılarının rolu da xüsusi yer tutur”.

Bu fikirləri 1news.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, yeni siyasi konfiqurasiyanın formalaşması, siyasi dialoq prosesinin həyata keçirilməsi müasir çağırışlar əsasında siyasi sistemin yenidən təşkili baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Hazırkı mərhələdə ictimai-siyasi münasibətlərdə siyasi əxlaq və siyasi mədəniyyətin əsas götürüldüyü, qarşılıqlı hörmətə və konstruktiv yanaşmaya əsaslanan yeni davranış qaydaları müəyyənləşir. İslahatlar isə davamlı xarakter daşıyır. 2020-ci il fevralın 9-da keçirilmiş parlament seçkilərinin nəticələrinə uyğun olaraq Milli Məclisin yeni tərkibdə formalaşması çoxpartiyalı sistemin inkişafına yeni töhfədir. Bu seçkilər, həmçinin siyasi palitranın rəngarəng olduğunu nümayiş etdirdi.

Millət vəkilinin fikrincə, siyasi dialoq prosesi ümummilli məsələdir, yəni daxili və xarici müstəvidə dövlətin maraqlarının qorunması baxımından vacib amildir.

Eyni zamanda, siyasi dialoq genişmiqyaslı və dərinməzmunlu prosesdir. Burada iki başlıca məqsəd müəyyənləşdirilib: siyasi sistemin daimi inkişafına nail olmaq və dövlətçilik maraqlarını müdafiə etmək. Azərbaycan iqtidarının dialoq fəlsəfəsinin əsasında bu tezis dayanır. Azərbaycan iqtidarı bu prosesə dövlətçilik maraqlarının qorunması naminə start verib. Bununla yanaşı, siyasi inkişaf təkcə iqtidar ilə müxalifət partiyaları arasında təmasların, dialoqun səmərəliliyindən asılı deyil. Hər bir partiya siyasi proseslərin subyektidir, ona görə də müxalifət partiyaları arasında əlaqələr, partiyadaxili münasibətlər də siyasi sistemin inkişafında vacib rol oynayır. Yəni siyasi inkişaf təkcə iqtidarın məsuliyyətində deyil, bu istiqamətdə hər bir siyasi proses iştirakçısının üzərinə mühüm vəzifələr, öhdəliklər düşür.

Bütövlükdə, ölkəmizdə siyasi münasibətlər yeni çağırışlar və reallıqlar, həmçinin milli maraqlar əsasında tənzimlənir. Prezident İlham Əliyevin siyasi iradəsi əsasında Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi bu sahədə öz səmərəli fəaliyyətini müvəffəqiyyətlə davam etdirir. İrəli sürülən təkliflər, atılan addımlar - görülən işlər çərçivəsində uzun fasilədən sonra yeni siyasi partiyaların dövlət qeydiyyatına alınması, vaxtı ötürülmüş qurultayların keçirilməsi məqsədilə bir sıra siyasi partiyaların yerlə təmin olunması üçün tədbirlər görülməsi, siyasi partiyaların qurultaylarının keçirilərək nəticələrinin dövlət qeydiyyatına alınması, qərargahı olmayan siyasi partiyalar üçün ofislər ayrılması, “Siyasi partiyalar” haqqında yeni qanun layihəsinin siyasi partiya rəhbərləri ilə müzakirəsinin aparılması və digər addımlar bu baxımdan xüsusi qeyd edilməlidir.

“Prezident İlham Əliyevin dediyi kimi, uğurla başlayan bu siyasi dialoq bizim siyasi sistemimizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafının təmin olunması işinə xidmət edəcəkdir. “Siyasi partiyalar haqqında” yeni qanun isə siyasi proseslərdə iştirak edən tərəflər arasında güclərinin balansına xidmət edir. Belə ki, qanunun tələblərinə cavab verən partiyalar rəqabətə dözümlü olduğunu sübut edirlər. “Siyasi partiyalar haqqında” yeni qanunun hazırlanması və qüvvəyə minməsi faktı təkcə formalaşan yeni siyasi konfiqurasiyasının təzahürü deyil. Yeni qanun, eyni zamanda siyasi dialoqu atributiv müstəvidən konstruktiv əməkdaşlıq müstəviyə çıxardan ali siyasi iradənin təzahürüdür. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə siyasi dialoq mühitinin inkişaf etdirməsi siyasi proseslərdə iştirak edən bütün tərəfləri açıq və bərabərhüquqlu münasibətlərə dəvət olunması deməkdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan siyasi dialoq yeni daha təkmil və konstruktiv modelə transformasiyaya uğrayıb. Belə ki, “Siyasi partiyalar haqqında” yeni qanun dialoq məfhumunu siyasi aktorlar arasındakı münasibətlərin legitimliyini şərtləndirən əsas amillərdən birinə çevirib. Odur ki, sağlam dialoqu inkar edən qüvvələr siyasi münasibətlərdə irrasional tərəf kimi çıxış edir. Yeni qanun xarici qüvvələrinin maraqlarına xidmət edən radikalların “qara kabusudur”. Çünki bu sənəd siyasi partiyalardan manipulyasiya aləti kimi istifadə etməsi üçün əsaslı çətinlik yaradır”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.

Paylaş:
479

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər