“Taman” kran gəmisi əsaslı təmir olunaraq yenidən istismara qaytarılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Taman” kran gəmisi əsaslı təmir olunaraq yenidən istismara qaytarılıb

Qafar Ağayev10:26 - 20 / 04 / 2023
“Taman” kran gəmisi əsaslı təmir olunaraq yenidən istismara qaytarılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının “Taman” kran gəmisinin əsaslı təmiri başa çatıb.

ASCO-dan 1news.az-a verilən məlumata görə, “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan işlər çərçivəsində 25 ton yükqaldırma qabiliyyətinə malik kran, baş və köməkçi mühərriklər, braşpil və şpil qurğuları, nasoslar, CO2 və hava balonları, boru sistemləri, lyuk qapaqları, havalandırıcı başlıqlar, su keçirməyən qapılar və illüminatorlar təmir edilib. Gəminin avtomatika, naviqasiya avadanlıqları və elektrik hissələrində də bütün zəruri yoxlama və təmir işləri həyata keçirilib, xilasedici avadanlıqlar və salların oturacaqları təmir olunub.

Dənizçilərin yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalarda da zəruri işlər yerinə yetirilib.

Gəmi tərsanəyə qaldırılıb, sualtı və suüstü hissələri təmizlənərək rənglənib. Gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib, hər iki bortda qoruyucu təkərlər yenilənib. Kran gəmisinin hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğuları da təmir olunub.

Təmirdən sonra “Taman” kran gəmisi dəniz sınağına çıxarılıb. Sınaq işləri uğurla başa çatıb və gəmi yenidən istismara qaytarılıb.

Paylaş:
239

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər