BMT Malidə 500 nəfərin qətli ilə bağlı açıqlama yayıb | 1news.az | Xəbərlər
Dünya

BMT Malidə 500 nəfərin qətli ilə bağlı açıqlama yayıb

16:29 - 12 / 05 / 2023
BMT Malidə 500 nəfərin qətli ilə bağlı açıqlama yayıb

BMT Mali ordusunun əsgərləri və naməlum əcnəbi hərbçilərin ötən ilin martında bu ölkənin mərkəzindəki Mura kəndində azı 500 nəfəri məhkəməsiz qətlə yetirdiyinə dair açıqlama yayıb.

1news.az Report-a istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk açıqlayıb.

Ali Komissarlığın mayın 12-də yaydığı hesabatda bildirilib ki, BMT aylarla davam edən araşdırmadan sonra 2022-ci il martın 27-31-də Mura hadisəsi nəticəsində azı 500 nəfərin ölməsi faktı ilə beynəlxalq hüquq və normalar pozulub. Məlumata görə, ölənlərin bəzilərinə hadisədən əvvəldən işgəncə verilib. BMT ekspertləri azı 238 qurbanın şəxsiyyətini müəyyənləşdirib. Qətlə yetirilənlərin çoxu kişi cinsindəndir. Ölənlər arasında 20-yə yaxın qadın və 7 uşaq var. Məlumata əsasən, 58 qadın və qız təcavüzə məruz qalıb.

“Silahlı münaqişə zamanı məhkəməsiz edamlar, zorlama və işgəncələr müharibə cinayətləridir. Bunlar baş verdiyi şəraitdən asılı olaraq, insanlığa qarşı cinayət kimi də təsnif edilə bilər”, - deyə Volker Türk bildirib.

Muradakı qırğında iştirak edən əcnəbilərin milli mənsubiyyəti hesabatda birbaşa açıqlanmayıb. V.Türkün sözlərinə görə, yerli sakinlər onların ağdərili olduqlarını söyləyiblər: “Onlar sakinlər üçün məlum olmayan dildə danışıblar”. Şahidlər Mura əməliyyatına əcnəbilərin rəhbərlik etdiyini söyləyiblər.

Paylaş:
531

Son xəbərlər

İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib - FOTOBu gün, 13:45AYNA “Ukrayna dairəsi”ndə yeni layihə hazırlayıb - VİDEOBu gün, 13:10Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcəkBu gün, 12:50Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35
Bütün xəbərlər