Ərəb Parlamentinin prezidenti: Azərbaycan İslam dəyərlərinin müdrikliyi əsasında inkişaf edir
Azərbaycan İslam dəyərlərinin müdrikliyi əsasında inkişaf edən və bu dəyərlərin hökm sürdüyü bir ölkədir.
1news.az xəbər verir ki, bu barədə Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumi mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbulunda olarkən bildirib. Dövlət başçısının Ulu Öndərin layiqli davamçısı olduğunu məmnunluqla qeyd edən qonaq Azərbaycan Prezidentinin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizin qazandığı nailiyyətləri vurğulayıb.
Ölkəmizə ikinci dəfə səfər etdiyini bildirən Adel bin Əbdulrəhman əl-Asumi daha əvvəl Azərbaycana Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransında iştirak etmək üçün gəldiyini diqqətə çatdırıb. Qonaq Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini təqdir etdiklərini bildirib, ölkəmizin Hərəkatın təsisatlanması, beynəlxalq səviyyədə nüfuzunun artması istiqamətində çox ardıcıl siyasət həyata keçirdiyini məmnunluqla vurğulayıb.