200 ildən sonra Rembrandtın iki naməlum tablosu tapılıb | 1news.az | Xəbərlər
Dünya

200 ildən sonra Rembrandtın iki naməlum tablosu tapılıb

13:14 - 15 / 05 / 2023
200 ildən sonra Rembrandtın iki naməlum tablosu tapılıb

200 ildən sonra rəssam Rembrandt Harmens van Reynin iki naməlum tablosu tapılıb.

1news.az APA-ya istinadla xəbər verir ki, bu barədə “Financial Times” nəşri "Christie's" hərrac evinə istinadən yazıb.

Qeyd olunur ki, tabloların təxmin edilən dəyəri 5-8 milyon funt sterlinqdir.

Məlum olub ki, bu tablolar Leydendən olan yaşlı ər və arvadın 1635-ci ilə aid portretləridir.

Tabloların həqiqiliyi artıq təsdiqlənib və iyulun əvvəlində Londondakı “Christie's” hərrac evində satışa çıxarılacaq.

Paylaş:
644

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər