Yevgeni Priqojin qiyamı dayandırdı, “Vaqner” düşərgələrinə geri dönür | 1news.az | Xəbərlər
Dünya

Yevgeni Priqojin qiyamı dayandırdı, “Vaqner” düşərgələrinə geri dönür

Qafar Ağayev08:56 - 25 / 06 / 2023
Yevgeni Priqojin qiyamı dayandırdı, “Vaqner” düşərgələrinə geri dönür

“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin bazasına geri qayıtdıqlarını açıqlayıb.

1news.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Priqojin "Vaqner"in Rusiya Federasiyası ərazisində hərəkətinin dayandırıldığını təsdiqləyib.

"İndi qan tökülə biləcəyi an gəldi, buna görə də rus qanının tökülməsinə görə bütün məsuliyyəti dərk edərək, plana uyğun olaraq əks istiqamətə, səhra düşərgələrinə yola düşürük", - deyə Yevgeni Priqojin bildirib.

Paylaş:
436

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər