XİN QH Koordinasiya Bürosunun nazirlər iclasının yekunlarına dair məlumat yayıb | 1news.az | Xəbərlər
Siyasət

XİN QH Koordinasiya Bürosunun nazirlər iclasının yekunlarına dair məlumat yayıb

Qafar Ağayev09:40 - 07 / 07 / 2023
XİN QH Koordinasiya Bürosunun nazirlər iclasının yekunlarına dair məlumat yayıb

5-6 iyul 2023-cü il tarixlərində Bakıda Azərbaycan Respublikasının sədrliyi ilə keçirilən Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun nazirlər iclası uğurla yekunlaşıb.

Xarici İşlər Nazirliyindən 1news.az-a verilən xəbərə görə, nazirlər iclasında Qoşulmama Hərəkatının üzv dövlətləri, Hərəkat yanında müşahidəçi statusu almış dövlətlər və beynəlxalq təşkilatlar, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri daxil olmaqla ümumilikdə 93 ölkə, 11 beynəlxalq təşkilat iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi və çıxışı ilə başlayan nazirlər iclası zamanı hərəkatın institusional inkişafı, xüsusən də müvafiq olaraq 2021-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılması, habelə Cənubi Sudanın Hərəkata yeni üzv qəbul edilməsi kimi Azərbaycanın 2019-2023-cü illəri əhatə edən sədrliyinin uğurları xüsusi olaraq vurğulanıb.

Tədbir zamanı, Hərəkatın gündəliyində duran və əhatə dairəsinə aid bir çox məsələnin əks olunduğu sənədlər yekdilliklə qəbul olunub.

Nazirlər görüşü çərçivəsində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir və "Kolonializmin tamamilə aradan qaldırılmasına doğru" mövzusunda konfrans xüsusi marağa səbəb olub.

Azərbaycanın sədrliyi ilə geniş müzakirələr və qətiyyətli səylər nəticəsində iclasda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Anım Bəyannaməsi, Yekun sənəd, Bakı Bəyannaməsi, Ev sahibi olan ölkəyə təşəkkür, eləcə də 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarına dair Xüsusi Bəyannamə kimi mühüm sənədlər qəbul edilib.

Qəbul edilmiş yekun sənədlərin mətnləri ilə aşağıdakı keçiddə tanış olmaq mümkündür:

https://namazerbaijan.org/ministerial-meeting-documents

Qeyd edək ki, Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi 2024-cü ilin yanvar ayında Uqandaya təhvil verəcək.

Paylaş:
269

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər