Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Fəxri xiyabana gələrək ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
1news.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn qonaq ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Türkiyə parlamentinin sədri, həmçinin Şəhidlər xiyabanında qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoyub.
Şəhidlik kitabəsinin üstünə gül dəstələri düzən Numan Kurtulmuş xatirə kitabına ürək sözlərini yazıb.