Ərdoğan: Rusiya və Ukrayna liderlərinin Türkiyədə bir araya gəlməsini istəyirik | 1news.az | Xəbərlər
Dünya

Ərdoğan: Rusiya və Ukrayna liderlərinin Türkiyədə bir araya gəlməsini istəyirik

Qafar Ağayev15:24 - 21 / 08 / 2023
Ərdoğan: Rusiya və Ukrayna liderlərinin Türkiyədə bir araya gəlməsini istəyirik

"İstəyirik ki, Rusiya və Ukrayna liderləri Türkiyədə bir araya gəlsin".

1news.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Macarıstandan qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərə müsahibəsində deyib.

"Biz Türkiyə olaraq Türkiyə sülhün əldə olunmasına çalışırıq. Bununla bağlı Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfəri zamanı müzakirə etmişik. Həmçinin NATO Liderlər Zirvəsindəki müzakirələrdə bu məsələ barədə fikir mübadiləsi apardıq" - deyə, Ərdoğan bildirib.

Paylaş:
757

Son xəbərlər

Bütün xəbərlər