Sabah konsertə görə metronun “Koroğlu” stansiyası gücləndirilmiş iş rejimində çalışacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah konsertə görə metronun “Koroğlu” stansiyası gücləndirilmiş iş rejimində çalışacaq

Qafar Ağayev14:32 - 01 / 09 / 2023
Sabah konsertə görə metronun “Koroğlu” stansiyası gücləndirilmiş iş rejimində çalışacaq

Sabah Bakı Olimpiya Stadionunda keçiriləcək məşhur “İmagine Dragons” qrupunun konsert proqramına marağı və təşkilat komitəsinin müraciətini nəzərə alaraq, Bakı metropolitenində bir sıra tədbirlər hazırlanıb.

1news.az-ın “Bakı Metropoliteni” QSC-yə istinadən verdiyi məlumata görə, konsertin başlanma vaxtı ərəfəsində Bakı metropoliteninin kütləvi-mədəni tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, “Koroğlu” stansiyası gücləndirilmiş iş rejimi şəraitinə keçiriləcək.

Stansiyada operativ qərargah fəaliyyət göstərməklə zəruri tənzimləmələr aparılacaq. Əlavə işçi qüvvəsi stansiyadan arenaya gedən sərnişinlərin səmti rahat müəyyən etməsi və nizamlı hərəkətinin təşkili məqsədilə fəaliyyət göstərəcək.

Sərnişin axınının tənzimlənməsi məqsədilə axşam saatlarından Yaşıl və Qırmızı xətlər üzrə ehtiyat qatarlar xəttə veriləcək və müntəzəm sərnişindaşıma prosesinə cəlb ediləcək.

Konsert başa çatdıqdan sonra “Koroğlu” stansiyasına daxil olan sərnişinlərin nizamlı hərəkəti, gedəcəyi istiqaməti rahat müəyyən etməsi və platforma boyunca bərabər paylanması üçün ehtiyat işçi qüvvəsi müxtəlif zonalarda tənzimlənmiş fəaliyyət göstərəcək.

Həmin vaxt “Koroğlu” stansiyasında daşıma prosesinin operativliyinin təşkili və buradan yola salınan qatarların hərəkəti xüsusi qaydada tənzimlənəcək. Sərnişinlərin rahat və təhlükəsiz daşınmasını təmin etmək üçün ehtiyat qatarların sayı daha da artırılacaq və bununla xətlərdə qatarların hərəkəti intensivləşdiriləcək.

Konsert proqramının başa çatması nəzərə alınmaqla, metropolitenin iş rejiminin qısa müddətlik uzadılmasının mümkünlüyü diqqətdə saxlanılacaq.

Paylaş:
463

Son xəbərlər

Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30
Bütün xəbərlər