STM Zəngəzur dəhlizi ilə bağlı sorğu keçirdi - NƏTİCƏ | 1news.az | Xəbərlər
Siyasət

STM Zəngəzur dəhlizi ilə bağlı sorğu keçirdi - NƏTİCƏ

Qafar Ağayev13:06 - 26 / 09 / 2023
STM Zəngəzur dəhlizi ilə bağlı sorğu keçirdi - NƏTİCƏ

Ötən gün, sentyabrın 25-i Azərbaycan və Türkiyə prezidentlərinin Naxçıvan görüşü strateji əhəmiyyətli mövzular arasında, Zəngəzur dəhlizinin açılması məsələsini də ictimai gündəmə gətirib.

Sosial Tədqiqatlar Mərkəzindən 1news.az verilən məlumata görə, müxtəlif media resursları keçirilən görüşdə Zəngəzur dəhlizinin reallaşması perspektivlərinin müzakirə ediləcəyi məlumatını bölüşüb. Görüşdən sonra Prezident İlham Əliyev mətbuata birgə bəyanatla çıxış edərkən bildirib ki, sitat: "Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirən dəmiryolunun inşası da uğurla gedir. Azərbaycan ərazisində işlər böyük ehtimalla gələn ilin sonunda başa çatmalıdır.

Həmçinin Prezident Naxçıvanın tarixi ədalətsizlik nəticəsində blokaya düşməsinin səbəblərini vurğulayıb: “Əfsuslar olsun ki, 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Qərbi Zəngəzur Azərbaycandan ayrılmışdır və beləliklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında coğrafi bağlantı kəsilmişdir. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini aparmağa başlayanda Naxçıvana qarşı da onların ərazi iddiaları var idi. Burada da şiddətli döyüşlər gedirdi və məhz o vaxt Azərbaycanın böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə, - o zaman o, Naxçıvanın başçısı idi, - Naxçıvan düşməni yerinə oturtdu və öz ərazisini qoruya bildi.”

Sosial Tədqiqatlar Mərkəzi mövzunun aktuallığını nəzərə alaraq, ötən dövr ərzində və bu ilin sentyabr ayında ölkə ictimaiyyətinin Zəngəzur dəhlizinin reallaşması perspektivləri barədə rəyini öyrənmək məqsədilə sorğular keçirib.

Cari sorğunun nəticələrinə əsasən, “Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılacağına inanırsınızmı?” sualına respondentlərin 65,4%-i tam inanıram cavabını verib. Rəyi soruşulanların 25,6%-i Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılacağına əsasən inandığını bildirib. Respondentlərin 3,9%-i Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılacağına əsasən inanmadığını, 4,1%-i heç inanmadığını ifadə edib. Onların cəmi 1,0%-i bu suala cavab verməkdən çəkinib.

Əldə olunan statistik məlumatlara nəzər saldıqda görürük ki, Zəngəzur dəhlizinin yaxın gələcəkdə reallaşacağına kişilərin 76,7%-i, qadınların 54,3%-i tam inandığını bildirib. Bununla yanaşı, ali təhsillilərin 58,7%-i, orta təhsillilərin 67,7%-i Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılacağına tam inamını ifadə edib.

Müqayisə üçün xatırladaq ki, ötən ilin dekabr ayında keçirilən sorğuda respondentlərin 62,8%-i Zəngəzur dəhlizinin reallaşacağına tam inandığını, 26,2%-i əsasən inandığını vurğulayıb. Sorğuda iştirak edənlərin 4,1%-i Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılacağına əsasən inanmadığını, 4,1%-i heç inanmadığını ifadə edib. Respondentlərin 2,8%-i bu suala cavab verməkdə çətinlik çəkib.

Bu xüsusda qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzi 2022-ci ilin 15 oktyabr – 19 oktyabr tarixləri ərzində Naxçıvan Muxtar Respublikasında məskunlaşanlar arasında sorğular keçirib və əldə olunan məlumatlar əsasında “Zəngəzur dəhlizi: regional əməkdaşlıq perspektivləri və sosial-siyasi aspektləri” mövzusunda sosioloji kəmiyyət və keyfiyyət tədqiqatı hazırlanıb. Tədqiqat işi geniş ictimaiyyətə təqdim olunacaq.

Cari sorğunun sahə işi (məlumatların toplanılması) 2023-cü ilin 08 – 11 sentyabr tarixləri arasında icra olunub. Sorğular telefonla müsahibə formasında keçirilib və 18 yaşından yuxarı 390 respondent iştirak edib.

Sorğu 12 iqtisadi rayonu əhatə edib. Respondentlərin gender bərabərliyi qorunmaqla seçmə çərçivəsi əhali sayına proporsional müəyyən olunub. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.

Paylaş:
207

Son xəbərlər

Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistanın Gənclərlə İş Agentliyi arasında memorandum imzalandıBu gün, 17:54Metroda ölən şəxs müğənninin atası imiş - FOTOBu gün, 17:52Paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkasına 40 rayondan məhsul çıxarılacaqBu gün, 17:48Bu gün Laçına qayıdan ailələrə evlərinin açarları təqdim olunub - YENİLƏNİBBu gün, 17:32Deputat: “Qızılcaya yoluxmanın artmasının əsas səbəbi vaksinasiyanın aparılmamasıdır”Bu gün, 17:13Bakı və Sumqayıtda dəm qazı normadan yüksək olubBu gün, 17:11Vilayət Eyvazov Qubada vətəndaşları qəbul edəcəkBu gün, 16:47Azərbaycan Təhlükəsizlik Şurasının katibi xidmətinə yeni şöbə müdiri təyin edilibBu gün, 16:43DTX-nin Heydər Əliyev adına Akademiyasının əməkdaşları təltif edilib - SİYAHIBu gün, 16:42“Tiktok” ilə əməkdaşlıq çərçivəsində keçirilən proqramın qalibləri elan olunubBu gün, 16:31Lənkəranda narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olunubBu gün, 16:29Komitə sədri: “Selektiv abortlara görə dünyada lider olmağımız ürəkağrıdıcı bir faktdır”Bu gün, 16:23İşçilərin hüquqlarını pozan şirkətlər cərimələnibBu gün, 16:17ADMİU-nun 100 illik yubileyinə həsr olunmuş sərgi keçirilib - FOTOBu gün, 16:10Agentlik daha 14 müəssisədə nöqsanlar aşkarladı - SİYAHIBu gün, 16:10Əlahiddə Ümumqoşun Orduda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib - VİDEOBu gün, 15:53Ceyhun Bayramov Əlcəzairin Xarici İşlər və Xaricdəki Milli İcma Nazirliyinin baş katibi ilə görüşübBu gün, 15:50Qubada qanunsuz kömür quyusu aşkarlanıbBu gün, 15:19“Nəriman Nərimanov” metrostansiyasında sərnişin vəfat edibBu gün, 15:06Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb - FOTOBu gün, 15:06
Bütün xəbərlər

Next TV