Qəzzada HƏMAS-ın iqtisadiyyat nazirini öldürülüb
HƏMAS-ın iqtisadiyyat naziri dünən gecə öldürülüb.
1news.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
"Bu gecə İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə HƏMAS terror təşkilatının iqtisadiyyat naziri Cavad Əbu Şamalanı öldürüb. O, təşkilatın maliyyəsini idarə edirdi və Qəzza zolağının daxilində və xaricində terrorizmin maliyyələşdirilməsi və yönləndirilməsi üçün vəsait ayırırdı. Əvvəllər o, terror təşkilatında təhlükəsizlik postlarında çalışıb və İsrail dövlətinin vətəndaşlarına zərər vurmaq üçün bir sıra əməliyyatlara rəhbərlik edib", - məlumatda qeyd olunub.
Əbu Şamala həmçinin HAMAS-ın Siyasi Bürosunun üzvü idi.
479