“Azərbaycan həmişə sülh tərəfdarı olduğunu bəyan edir” - Sevinc Fətəliyeva | 1news.az | Xəbərlər
Siyasət

“Azərbaycan həmişə sülh tərəfdarı olduğunu bəyan edir” - Sevinc Fətəliyeva

12:55 - 13 / 10 / 2023
“Azərbaycan həmişə sülh tərəfdarı olduğunu bəyan edir” - Sevinc Fətəliyeva

“44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycan dövləti Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün təşəbbüslərlə çıxış edib.

Ermənistanla sülh sazişi imzalamaq təklifi də ilk olaraq Azərbaycan tərəfindən verilib. Münaqişə başa çatdıqdan sonra xalqımızın uzun illər ərzində məruz qaldığı əzab-əziyyətə, məhrumiyyətlərə və dağıntılara baxmayaraq, Azərbaycan tərəfindən Ermənistanla davamlı sülhün təmin edilməsi istiqamətində fəal iş aparılır. Məqsəd regionun sülh və əməkdaşlıq məkanına çevrilməsidir”.

Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, sentyabr ayında ordumuzun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra suverenliyimiz təmin olunub. Antiterror tədbirləri nəticəsində dövlət suverenliyimizin tam bərpa olunması ümumilikdə regionda təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün imkanlar yaradır. Azərbaycan həmişə sülh tərəfdarı olduğunu bəyan edir. Hazırda bölgədə sülhün təmin olunması məqsədilə bir sıra beynəlxalq platformalar çərçivəsində müzakirələr aparılır. Azərbaycan regionda sülhün bərqərar olması naminə irəli sürülən, real nəticəyə yönəldilmiş beynəlxalq təşəbbüsləri dəstəkləyir. Sadəcə, Ermənistan hakimiyyəti özündə iradə tapıb regionumuzun gələcəyi naminə sülh sazişini imzalamalıdır. Təəssüf ki, biz hələ də bunu müşahidə etmirik.
Millət vəkilinin sözlərinə görə, Ermənistan 28 il ATƏT-in Minsk qrupunun vasitəçiliyilə davam edən danışıqlar prosesini daim pozurdu. Bu da onu göstərirdi ki, rəsmi İrəvan sülh istəmir, sadəcə danışıqların imitasiyası ilə məşğul olur. Ona görə də, Azərbaycan dövləti münaqişəni öz gücü ilə həll etməyə məcbur oldu. Dövlətimiz təkbaşına BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini icra etdi. Əlbəttə ki, həm BMT Təhlükəsizlik Şurası, həm də ATƏT istəsəydi Ermənistanı sülhə məcbur edərdi. ATƏT-in Minsk qrupunun həmsədrləri olmuş ABŞ, Rusiya və Fransa BMT TŞ-nın daimi üzvləridir. Problemin sülh yolu ilə həll olunmaması bu qurumların Azərbaycana qarşı ikili standartlarının təzahürü idi. 30 illik danışıqlar prosesinin iflasa uğraması göstərdi ki, beynəlxalq təşkilatlarda, o cümlədən ATƏT və BMT-də köklü dəyişikliklər, islahatlar aparılmalıdır.

“Əlbəttə ki, beynəlxalq təşkilatların dünyada sülhə, sabitliyə töhfə verməsi zəruridir. Amma təəssüf ki, bu gün beynəlxalq hüquq işləmir. Ona görə də, beynəlxalq təşkilatlar öz funksiyalarını yerinə yetirə bimirlər. Ən acınacaqlısı odur ki, bu qurumlar müəyyən beynəlxalq güclərin əlində alətə çevrilib. Bu səbəbdən də, beynəlxalq qurumlarda islahatların aparılması olduqca zəruridir. Onlar proseslərə yanaşmada hansısa qüvvələrin maraqlarına uyğun çıxış etməməli, yalnız beynəlxalq hüquq normalarını əsas götürməlidirlər. Bilirsiniz ki, ATƏT-in Minsk qrupu artıq fəaliyyət göstərmir, 44 günlük müharibədən sonra ona ehtiyac qalmayıb. Amma ölkəmiz BMT və ATƏT-in üzvü olaraq bu təsisatlarla əməkdaşlıq etməlidir və edir. Dövlətimiz bölgədə sülhün təmin olunmasına yönəlmiş beynəlxalq təşəbbüsləri dəstəkləyir. Bu qurumlar da əgər Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə töhfə vermək istəyirlərsə, ədalətli və beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş etdirməlidirlər”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.

Paylaş:
351

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər