İcma AŞPA-nın Azərbaycana qarşı qəbul etdiyi cızmaqaraları rədd edir | 1news.az | Xəbərlər
Siyasət

İcma AŞPA-nın Azərbaycana qarşı qəbul etdiyi cızmaqaraları rədd edir

11:22 - 14 / 10 / 2023
İcma AŞPA-nın Azərbaycana qarşı qəbul etdiyi cızmaqaraları rədd edir

Qərbi Azərbaycan İcması Avropa Şurası Parlament Assambleyasının (AŞPA) oktyabrın 12-də Azərbaycana qarşı qəbul etdiyi cızmaqaraları rədd edir.

1news.az İcmanın bəyanatını təqdim edir:

"Ermənilərin Qarabağa qayıdışından, erməni mədəni irsinin mühafizə olunmasından danışan AŞPA-nın Ermənistanı azərbaycanlıların qayıdışına şərait yaratmağa, Azərbaycan xalqının mədəni irsini qorumağa çağırmaması, Xocalı qatillərinin azad edilməsini tələb edib 4 min azərbaycanlı itkin düşmüş şəxsin məsələsinə toxunmaması rəzalətdir.

“Yaddaşı qısa olan” səlibçi mentalitetli deputatlara xatırladırıq ki, vaxtilə Azərbaycan əraziləri işğal altında olarkən AŞPA-da keçmiş münaqişə ilə bağlı ad hoc komitə təsis olunmuşdu. Lakin Ermənistan onun işində iştirak etmədi və komitənin işi tamamilə iflic oldu. Amma AŞPA bundan narahat olmadı. AŞPA-nı narahat edən Azərbaycanın işğala, separatçılığa, “boz” zonaya son qoyması, özünün ərazi bütövlüyünü, suverenliyini, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etməsi oldu.

Ölkələrə və məsələlərə dini və etnik simpatiya əsasında yanaşan irqçi, islamofob, azərbaycanofob ünsürlərin toplaşdığı AŞPA bu mənada, Avropa Parlamenti kimi qitənin üz qarasıdır. AŞPA qoy gedib Avropada tüğyan edən islamofobiyaya, söz azadlığı adı altında müqəddəs Quranın yandırılmasına bəraət qazandırılmasına, dinc nümayişçilərin atların ayağı altına salınmasına, üzərinə itlərin buraxılmasına, Korsika dilinin qadağan edilməsinə münasibət bildirsin. Riyakarların, siyasi buqələmunların Azərbaycana “öyüd-nəsihət” verməsi üçün heç bir mənəvi hüququ yoxdur".

Paylaş:
394

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər