Qəzzada xəstəxanaya raket hücumu nəticəsində ölənlərin sayı 471 nəfərdir | 1news.az | Xəbərlər
Dünya

Qəzzada xəstəxanaya raket hücumu nəticəsində ölənlərin sayı 471 nəfərdir

16:55 - 18 / 10 / 2023
Qəzzada xəstəxanaya raket hücumu nəticəsində ölənlərin sayı 471 nəfərdir

Qəzza zolağında xəstəxanaya raket hücumu nəticəsində ölənlərin sayı 471 nəfərdir.

1news.az xəbər verir ki, bu barədə Qəzza bölgəsinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, dünən Qəzza şəhərindəki Əl-Əhli Baptist xəstəxanası bombalanıb.

İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Daniel Haqari bu gün keçirdiyi brifinq zamanı bildirib ki, xəstəxanaya endirilən zərbə ilə bağlı aparılan araşdırma başa çatıb.

Haqarinin sözlərinə görə, Qəzza zolağında xəstəxanaya edilən hücuma görə, "İslami cihad" qruplaşması məsuliyyət daşıyır, qeyri-dəqiq raket atışı nəticəsində faciəvi hadisə baş verib.

Paylaş:
737

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər