Rəhman Hacıyev: QDF-nin maliyyə dəstəyi ilə icra olunan layihələrdə şəffaflığın qorunması xüsusi önəm daşıyır | 1news.az | Xəbərlər
Siyasət

Rəhman Hacıyev: QDF-nin maliyyə dəstəyi ilə icra olunan layihələrdə şəffaflığın qorunması xüsusi önəm daşıyır

16:59 - 25 / 10 / 2023
Rəhman Hacıyev: QDF-nin maliyyə dəstəyi ilə icra olunan layihələrdə şəffaflığın qorunması xüsusi önəm daşıyır

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən birini cəmiyyətdəki neqativ hallara, qanun pozuntusuna və rüşvətxorluğa qarşı intensiv mübarizə təşkil edir. Ölkəmizdə aparılan sosial-iqtisadi islahatların səmərəliliyini artırmaq məqsədilə hüquqpozmaların aradan qaldırılması dövlətin bu yöndə həyata keçirdiyi tədbirlərin başlıca istiqamətlərindəndir.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Qarabağ Dirçəliş Fondunun (QDF) İdarə Heyətinin sədri Rəhman Hacıyev "İşğaldan azad olunan ərazilərdə aparılan bərpa və yenidənqurma işlərində şəffaflığın və rəqabətliliyin təmin edilməsi” mövzusunda keçirilən tədbirdə söyləyib.

Rəhman Hacıyev deyib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində qazandığı Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə də dövlət vəsaiti hesabına, o cümlədən QDF-nin maliyyə dəstəyi ilə icra olunan layihələrdə şəffaflıq və rəqabətlilik prinsiplərinin qorunması xüsusi önəm daşıyır. “Fəaliyyətində şəffaflıq və hesabatlılığın təmin edilməsi məqsədilə Qarabağ Dirçəliş Fondu özü də bütün mal və xidmətləri dövlət satınalmaları haqqında qanunvericiliyə uyğun olaraq açıq tender və digər müvafiq üsullar şəklində həyata keçirir. Bu isə öz növbəsində rəqabətliliyin artırılmasına, sahibkarlar üçün əlverişli biznes şəraitinin yaradılmasına əhəmiyyətli töhfədir.

Fondun həyata keçirdiyi tədbirlər, layihələrin icra vəziyyəti, audit nəticələri kimi məlumatların mütəmadi olaraq ictimaiyyətlə bölüşülməsi, eyni zamanda, Fondun rəsmi veb-saytında hesabatların açıq formada yerləşdirilməsi və əlçatanlığı bunun əyani sübutudur”, - deyə İdarə Heyətinin sədri vurğulayıb.

Paylaş:
377

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər