İcma: Kanadalı nazirin Azərbaycanla sərhəddə döyüş mövqeyinə gəlməsi isə açıq-aşkar təxribatdır | 1news.az | Xəbərlər
Siyasət

İcma: Kanadalı nazirin Azərbaycanla sərhəddə döyüş mövqeyinə gəlməsi isə açıq-aşkar təxribatdır

15:52 - 26 / 10 / 2023
İcma: Kanadalı nazirin Azərbaycanla sərhəddə döyüş mövqeyinə gəlməsi isə açıq-aşkar təxribatdır

Kanadanın xarici işlər naziri Melani Colinin son vaxtlar Azərbaycanı hədəf alan məsuliyyətsiz və cəfəng fikirləri artıq ənənə halını alıb.

Son olaraq, kanadalı nazir Ermənistanda Azərbaycanı ittiham edən açıqlamalar verib.

1news.az xəbər verir ki, Qərbi Azərbaycan İcması məsələ ilə bağlı bəyanat yayıb.

Bəyanatı təqdim edirik:

"Azərbaycanı Qarabağdan olan ermənilərin qayıtmasına imkan verməyə çağıran kanadalı nazirin eyni müraciəti azərbaycanlılara münasibətdə Ermənistan hökumətinə ünvanlamaması, 30 il ərzində bir dəfə belə olsun Ermənistanı Azərbaycan ərazilərinin işğalına son qoymaya çağırmayan bir ölkənin indi Azərbaycanı Ermənistanın ərazi bütövlüyünə hörmət etməyə səsləməsi M. Colinin açıq-aşkar səlibçi mentalitetindən qaynaqlanır.

Kanadalı nazirin Azərbaycanla sərhəddə döyüş mövqeyinə gəlməsi isə açıq-aşkar təxribatdır və həm M.Colinin diletantlığını, həm də Azərbaycana qarşı qərəzini göstərir. Okeanın o biri tərəfində yerləşən Kanadanın nümayəndəsinin sərhəddə döyüş mövqeyinə baş çəkməsi, binoklla Azərbaycanı müşahidə etməsi tamamilə qəbuledilməzdir. Bu, faktiki olaraq Kanadanın Azərbaycanı düşmən kimi görməsinə dəlalət edir.

Kanadalı nazirin Azərbaycanı sanksiya ilə hədələməsi isə istehza və ikrah doğurur. Kanada yerini bilməli, əsassız və isterik açıqlamalarla özünü gülüş obyektinə çevirməməlidir. M.Coli, deyəsən, özünü vaxtilə Azərbaycanla əmr formasında danışmağa çalışan Yuri Kimə oxşatmaq istəyir.

Tarixi, yerli xalqlara qarşı utancverici səhifələrlə dolu olan, polisinin, təhlükəsizlik və sərhəd xidmətinin fərdlər üzərində etnik və dini əsasda nəzarət mexanizmi qurduğu (“racial profiling” təcrübəsi) bir ölkənin, riyakarların, “yeni səlib yürüşü”nə çıxanların Azərbaycana “mühazirə” oxumasını qətiyyətlə rədd edirik".

Paylaş:
357

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər