Azərbaycan və Ermənistan baş nazirləri Gürcüstanda görüşüblər | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Ermənistan baş nazirləri Gürcüstanda görüşüblər

12:25 - 27 / 10 / 2023
Azərbaycan və Ermənistan baş nazirləri Gürcüstanda görüşüblər

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ötən gün Tbilisidə Azərbaycan və Ermənistandan olan həmkarları Əli Əsədov və Nikol Paşinyanla üçtərəfli görüş keçirdiyini təsdiqləyib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, hökumət başçısı bu barədə Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının binasının təməlqoyma mərasimində bildirib.

“Dünən üçtərəfli görüşlər keçirdik. Gürcüstan qərəzsiz vasitəçi, Ermənistan və Azərbaycanın dostu kimi regionda sülhün bərqərar olmasında maraqlıdır”, - Qaribaşvili deyib.

Bununla belə, hökumət başçısı görüş zamanı müzakirə edilən məsələləri açıqlamayıb.

Paylaş:
563

Son xəbərlər

Bütün xəbərlər