Türkiyə təhlükəsizlik qüvvələri Suriyada daha bir terrorçunu zərərsizləşdirib | 1news.az | Xəbərlər
Dünya

Türkiyə təhlükəsizlik qüvvələri Suriyada daha bir terrorçunu zərərsizləşdirib

12:33 - 28 / 10 / 2023
Türkiyə təhlükəsizlik qüvvələri Suriyada daha bir terrorçunu zərərsizləşdirib

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən Suriyada keçirilən əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının sözdə Derik briqada komandiri, kod adı “Şibli Derik” olan Məhəmməd Azo zərərsizləşdirilib.

1news.az xəbər verir ki, məlumata görə, Məhəmməd Azo ötən il MİT-in keçirdiyi əməliyyatda yaralanaraq sağ qurtarmışdı. PKK/YPG tərəfindən müalicə üçün xaricə göndərilən Azonun Suriyanın şimalındakı Derikə qayıtdığı məlum olduqdan sonra MİT yeni antiterror əməliyyatı başlayıb və onu zərərsizləşdirməyə nail olub.

Qeyd edək ki, ötən il fevralın 2-də Şırnak/Cizre-Silopi yolunda Türkiyənin 1-ci Sərhəd Taboru Komandanlığının Yakacık Polis Bölməsinə terror hücumu nəticəsində bir türk əsgəri həlak olmuş, üçü yaralanmışdı. Məhəmməd Azonun bu hücumun təşkilatçılarından olduğu müəyyənləşib.

Paylaş:
1014

Son xəbərlər

Tərtərdə yol qəzası olub

23 / 08 / 2025, 17:14
Bütün xəbərlər