Azərbaycan və Özbəkistan birgə minik avtomobilləri istehsalı kompleksi yaradır | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan və Özbəkistan birgə minik avtomobilləri istehsalı kompleksi yaradır

11:17 - 30 / 10 / 2023
Azərbaycan və Özbəkistan birgə minik avtomobilləri istehsalı kompleksi yaradır

Azərbaycan-Özbəkistan birgə müəssisəsi “Azərmaş CP” MMC tərəfindən Hacıqabul Sənaye Məhəlləsinin ərazisində investisiya həcmi 104 milyon manat olan minik avtomobillərin istehsalı kompleksi yaradılacaq.

1news.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Nazir qeyd edib ki, “Azərmaş CP” MMC-yə Hacıqabul Sənaye Məhəlləsinin rezidenti statusu verilib və rezidentlərin sayı 14-ə çatıb.

Şirkət tərəfindən bu istehsal kompleksində 1 200 nəfər işlə təmin ediləcək.

#Azərbaycan-#Özbəkistan birgə müəssisəsi “Azərmaş CP” MMC-yə Hacıqabul Sənaye Məhəlləsinin rezidenti statusu verilib və rezidentlərin sayı 14-ə çatıb. Şirkət tərəfindən Sənaye Məhəlləsinin ərazisində #investisiya həcmi 104 mln. ₼ olan minik avtomobillərin istehsalı kompleksi… pic.twitter.com/eyHA0DiDh1 — Mikayil Jabbarov (@MikayilJabbarov) October 30, 2023

Paylaş:
223

Son xəbərlər

Bütün xəbərlər