XİN Zəfər Günü ilə bağlı paylaşım edib | 1news.az | Xəbərlər
Siyasət

XİN Zəfər Günü ilə bağlı paylaşım edib

09:22 - 08 / 11 / 2023
XİN Zəfər Günü ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 8 Noyabr - Zəfər Günü ilə bağlı paylaşım edib.

1news.az xəbər verir ki, Nazirliyin "X" hesabındakı paylaşımda canı və qanı bahasına Azərbaycan tarixinə şanlı zəfəri yazan igidlərə xüsusi diqqət çəkilib.

"Bu gün ölkəmizdə 44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbənin təntənəsi olan milli qürur bayramımız 8 Noyabr - Zəfər Günü qeyd olunur. Canı və qanı bahasına tariximizə şanlı zəfəri yazan igidlərimizi minnətdarlıqla yad edirik. Zəfər Günün mübarək, Azərbaycan!",- paylaşımda qeyd olunub.

Paylaş:
310

Son xəbərlər

Bütün xəbərlər