Bakıda yerli istehsalçıların sərgisi keçiriləcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda yerli istehsalçıların sərgisi keçiriləcək

11:26 - 13 / 11 / 2023
Bakıda yerli istehsalçıların sərgisi keçiriləcək

7-9 dekabr tarixlərində Bakı İdman Sarayında 1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi keçiriləcək.

1news.az xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə ilk dəfə təşkil olunacaq sərgidə ölkəmizdə fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilən qida, qeyri-qida, mebel, inşaat materialları, proqram təminatı, tekstil məhsulları, eləcə də müasir istehsal avadanlıqları və texnologiyaları nümayiş olunacaq.

Sərgidə Bakı şəhərində və ölkə regionlarında fəaliyyət göstərən 100-yə yaxın şirkətin istehsal etdiyi məhsullar nümayiş olunacaq. Sərgidə stend icarəyə götürmək, tanıtım imkanlarından faydalanmaq istəyən istehsalçı şirkətlər *0555 nömrəsinə müraciət edə bilərlər.

Sərginin məqsədi yerli məhsulların geniş istehlakçı auditoriyasına tanıdılması, yerli brendlərin istehsal texnologiyaları barədə alıcıları məlumatlandırmaq, alıcılar və satıcılar arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, yerli məhsulların ixracı sahəsində əməkdaşlığın genişləndirilməsidir.

İş adamları Cəmiyyətinin Milli Assosiasiyası, Dövlət Məşğuluq Agentliyi, Sahibkarlığın İnkişafı Fondu və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəsmi tərəfdaşlığı ilə keçiriləcək sərgi çərçivəsində həmçinin müxtəlif müsabiqələr, təqdimatlar və “B2B” görüşlərin keçirilməsi nəzərdə tutulur.

Sərgidə ziyarətçi qismində iştirak ödənişsizdir.

Sərgi ilə bağlı ətraflı məlumat və ziyarətçi kimi qeydiyyatdan keçmək üçün: https://bit.ly/3FIkhV3

Paylaş:
340

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər