Milli Məclis Azərbaycanın Kahramanmaraşda tikinti işləri aparması ilə bağlı sazişi ratifikasiya edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Milli Məclis Azərbaycanın Kahramanmaraşda tikinti işləri aparması ilə bağlı sazişi ratifikasiya edib

11:57 - 15 / 11 / 2023
Milli Məclis Azərbaycanın Kahramanmaraşda tikinti işləri aparması ilə bağlı sazişi ratifikasiya edib

Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi barədə qanun layihəsini qəbul edib.

1news.az "Report"a istinadən xəbər verir ki, sənəd parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, sənəd 2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində imzalanıb.

Paylaş:
430

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər