Ələt Azad İqtisadi Zonasında karqo terminalları yaradılacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ələt Azad İqtisadi Zonasında karqo terminalları yaradılacaq

16:21 - 16 / 11 / 2023
Ələt Azad İqtisadi Zonasında karqo terminalları yaradılacaq

Ələt Azad İqtisadi Zonasında karqo terminallarının yaradılması barədə investorlarla razılaşmışıq.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov deyib.

O bildirib ki, artıq bu istiqamətdə layihələrin icrasına başlanılıb.

“Karqo terminallarının 2026-cı ildən işə düşəcəyi gözlənilir. Bu terminallarla illik olaraq 500 min tonluq yük daşınacaq və tədricən bu rəqəm 1,5 milyon tona çatdırılacaq. İnvestorların sayını nəzərə alaraq, Ələt Azad İqtisadi Zonasında 138 hektarlıq ərazidə tikinti işlərini də aparmağa hazırıq”, - deyə Valeh Ələsgərov vurğulayıb.

Paylaş:
461

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər