2023-cü ilin ən yaxşı vəhşi təbiət şəkilləri - FOTO

Şimali Amerika Təbiət Fotoqrafiya Assosiasiyası (NANPA) 2023-cü ilin ən yaxşı vəhşi təbiət fotoşəkillərini seçib.
1news.az xəbər verir ki, fotolar təşkilatın saytında dərc olunub.
Fotomüsabiqənin təşkilatçıları ən təsirli 24 kadrı xüsusi fərqləndiriblər. Şəkillər altı kateqoriyada təqdim olunur: “Quşlar”, “Məməlilər”, “Mənzərələr”, “Dəyişdirilmiş reallıq”, “Konservasiya”, “Mikro və makro fotoqrafiya”.
“Quşlar” kateqoriyasının qalibi kolibrilər ailəsindən olan quş fotosu ilə fotoqraf Tim V.Oliver olub.
Kevin Dulinin yetkin qohumlarını izləyən fil balası fotosu “Məməlilər” kateqoriyasında ən yaxşı şəkil elan edilib. Münsiflər bu kateqoriyada uzun illərdir canavarların fotolarını çəkən Karol Qrenyerin işini də nəzərə alıblar.
“Mənzərələr” arasında münsiflər heyətini ən çox Kris Bartellin buludsuz gecədə lavanda tarlası heyran edib.
“Dəyişdirilmiş reallıq” nominasiyasında qalib Stefani Bekkerin Ayın fotolarından ibarət kollajı olub.
“Dəyişdirilmiş reallıq” kateqoriyasının qalibi buldozerlərlə əhatə olunmuş çuxurdan çölə baxan çöl iti fotosu olub. Onu çəkən fotoqraf Heather Valley qeyd edib ki, həmin gün bu heyvanların bütün qrupu məhv edilib.
Nəhayət, “Mikro və makro fotoqrafiya” nominasiyasında qalib Tomas Myersin çəkdiyi qarışqanın fotosu seçilib.










.jpg)
