Türkmənistana işgüzar səfər çərçivəsində görüşlər keçirilib - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Türkmənistana işgüzar səfər çərçivəsində görüşlər keçirilib - FOTO

19:28 - 28 / 11 / 2023
Türkmənistana işgüzar səfər çərçivəsində görüşlər keçirilib - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Türkmənistanda keçirdiyi görüşlərdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi, potensial birgə layihələr, enerji tərəfdaşlığının gücləndirilməsi müzakirə olunub.

Türkmənistana işgüzar səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov bir sıra görüşlər keçirib.

Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov ilə görüşdə ölkələrimizin ikitərəfli, regional və beynəlxalq müstəvidə əməkdaşlığının güclənməsi istiqamətində həyata keçirilən işlər və onların səmərəli nəticələri barədə müzakirə aparılıb. İki ölkənin malik olduğu zəngin potensial və resurslara uyğun olaraq, tərəfdaşlığın şaxələndirilməsi üçün əlverişli imkanlar qeyd edilib. Mərkəzi Asiya ölkələri arasında ən çox Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsinin olması vurğulanıb, humanitar, nəqliyyat-tranzit, limanlararası əməkdaşlıq, həmçinin Türkmənistandan Azərbaycana elektrik enerjisinin ixracı imkanları müzakirə edilib.

Türkmənistana işgüzar səfər çərçivəsində SOCAR-ın Prezidenti Rövşən Nəcəflə birlikdə bu ölkənin Nazirlər Kabinetinin sədrinin müavini Batır Amanov və həmkarları ilə görüşdə qeyd edilib ki, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın gələcək inkişafı üçün yaxşı perspektivlər var. Azərbaycan-Türkmənistan əməkdaşlığının əsas istiqamətlərindən olan həmin sektorda artıq möhkəm əlaqələr qurulub. Birgə görüşdə ölkələrimizin energetika sahəsində tərəfdaşlığının gündəliyində olan məsələlər müzakirə olunub. Tərəflər enerji mübadiləsi üzrə əməkdaşlığın mövcud vəziyyəti, “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı barədə fikir mübadiləsi aparıblar.

Paylaş:
346

Son xəbərlər

“Azərxalça” Formula 1 Azərbaycan Qran-Prisinə gələnləri xalçaçılıq sənəti ilə tanış edirBu gün, 14:59Fatma Səttarova II Fəxri xiyabanda dəfn edilibBu gün, 14:35Azərbaycan Qran-prisi: "Formula 1"də üçüncü sərbəst yürüş başa çatıb - YENİLƏNİBBu gün, 14:06Baş nazir Əli Əsədov Türkiyənin Ali Məhkəməsinin sədri ilə görüşübBu gün, 13:46Bazar günü hava necə olacaq? - PROQNOZBu gün, 13:21İlham Əliyev Fatma Səttarovanın ailəsinə və yaxınlarına başsağlığı veribBu gün, 13:15Azad olunan bölgələrdə xeyli silah-sursat tapılıbBu gün, 12:39Azərbaycan Ordusunun hüquqşünasları, təhqiqat xidmət rəislərinin iştirakı ilə təlim-metodiki toplanış keçirilibBu gün, 12:17Şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVABu gün, 12:06Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 11:55“Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun növbəti iclası keçirilib - FOTOBu gün, 11:27“Antiterror tədbirləri tariximizin ən mühüm hadisələrindən biridir” - Sevinc FətəliyevaBu gün, 11:17Kamaləddin Qafarov: “Bu gün ölkələrin milli təhlükəsizliyi enerji təhlükəsizliyi ilə sıx bağlıdır”Bu gün, 11:00Əmtəə bazarlarında qızılın qiyməti 2 600 dolları ötübBu gün, 10:39DYP yeni tədris ilinin başlanması ilə bağlı hərəkət iştirakçılarına müraciət edibBu gün, 10:21Prezident “Xəqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olubBu gün, 10:07Bakı metrosunun enerjiyə qənaəti ilə bağlı hesabatı açıqlanacaq13 / 09 / 2024, 17:46Azərbaycan idmançıları Ümumdünya Köçəri Oyunlarını 7 medalla başa vurublar13 / 09 / 2024, 17:31Ölkə əhalisinin sayı açıqlandı13 / 09 / 2024, 17:20Azərbaycanda nikahların sayı azalıb13 / 09 / 2024, 17:17
Bütün xəbərlər