Elnur Əliyev: “Azərbaycanın Rəqəmsal İqtisadiyyat Strategiyası iki əsas təməl blok üzərində cəmləşəcək” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Elnur Əliyev: “Azərbaycanın Rəqəmsal İqtisadiyyat Strategiyası iki əsas təməl blok üzərində cəmləşəcək”

10:54 - 30 / 11 / 2023
Elnur Əliyev: “Azərbaycanın Rəqəmsal İqtisadiyyat Strategiyası iki əsas təməl blok üzərində cəmləşəcək”

Azərbaycanın Rəqəmsal İqtisadiyyat Strategiyası iki əsas təməl blok üzərində cəmləşəcək.

1news.az “Report”a istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev Bakıda keçirilən “İnMerge İnnovasiya Sammiti”ndə bildirib.

"Bunlar, mövcud sektorların rəqəmsallaşdırılmasının sürətləndirilməsi və vətəndaşların rəqəmsal bacarıqlarının gücləndirilməsidir. 1-ci hədəf əsas iqtisadi sektorları rəqəmsallaşdırmaq üçün rəqəmsal texnologiyalardan istifadə etməyi, yeni rəqəmsal bizneslərdən dəyər qazanmağı nəzərdə tutur. Biz rəqəmsal tətbiqlər vasitəsilə dəyər yaradan yeni bizneslərin yaradılmasına diqqət yetirəcəyik. 2-ci hədəflə isə biz bütün yaş qruplarında rəqəmsal savadlılığı artırmaqla ümumu daxili məhsulun artımını sürətləndirməyi hədəfləyirik. Bu məqsədləri dəstəkləmək üçün biz rəqəmsallaşma vasitəsilə hökumət əməliyyatlarının səmərəliliyini artıracağıq. Bundan əlavə, biz ümummilli innovasiyalara sərmayə qoymağa sadiqik. Biz yeni texnologiyaların mənimsənilməsinin və qlobal inkişafı yaxından izləməyin vacibliyini dərk edirik", - deyə o qeyd edib.

Paylaş:
348

Son xəbərlər

Siyasi partiyalarla əlaqədar Ədliyyə Nazirliyinin Əsasnaməsində dəyişiklik edilib07 / 09 / 2024, 18:19Şirvanda qəza olub, iki nəfər yaralanıb07 / 09 / 2024, 17:54Qəzzada ölənlərin sayı 41 minə çatır07 / 09 / 2024, 17:26Masallıda 13 yaşlı sərnişin yol qəzasında ölüb07 / 09 / 2024, 16:58Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb07 / 09 / 2024, 16:32Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib07 / 09 / 2024, 16:27Azərbaycan Ordusunda maddi-texniki təminat üzrə toplanış keçirilib07 / 09 / 2024, 15:59Azərbaycanda dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək07 / 09 / 2024, 15:38Mehriban Əliyeva Paralimpiya çempionu Orxan Aslanovu təbrik edib07 / 09 / 2024, 15:0527 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb07 / 09 / 2024, 14:44Arvadını təhdid edən kişi 15 sutkalıq həbs edildi07 / 09 / 2024, 14:22FHN: Ötən sutka ərzində 13 nəfər xilas edilib07 / 09 / 2024, 13:47Mehriban Əliyeva Azərbaycanın Paralimpiya çempionu Lamiyə Vəliyevanı təbrik edib07 / 09 / 2024, 13:26Azərbaycanın amfibiya təyyarəsi İzmir-Berqama istiqamətində meşə yanğınlarına cəlb olunub07 / 09 / 2024, 12:59Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri07 / 09 / 2024, 12:43Dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb07 / 09 / 2024, 12:30Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk07 / 09 / 2024, 12:21Azərbaycan nefti ucuzlaşıb07 / 09 / 2024, 12:05İlham Əliyev Braziliya liderini təbrik edib07 / 09 / 2024, 12:01Sabahın hava proqnozu07 / 09 / 2024, 11:41
Bütün xəbərlər