ADY: “Zəlzələdən sonra qatarların hərəkəti qrafik üzrə tam bərpa olunub” - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

ADY: “Zəlzələdən sonra qatarların hərəkəti qrafik üzrə tam bərpa olunub” - YENİLƏNİB

Qafar Ağayev11:34 - 07 / 12 / 2023
ADY: “Zəlzələdən sonra qatarların hərəkəti qrafik üzrə tam bərpa olunub” - YENİLƏNİB

7 dekabr saat 08:15 radələrində Xəzər dənizində baş vermiş zəlzələdən dərhal sonra ADY-nin ərazisindəki infrastruktur obyektlərinə texniki baxış keçirilib, süni mühəndis qurğularının (körpülər, tunellər və s.) vəziyyəti yoxlanılıb.

ADY-dən 1news.az-a verilən məlumata görə, aparılan yoxlamalara əsasən zəlzələ nəticəsində yol infrastrukturuna ciddi ziyan dəymədiyi məlum olub.

Yük və sərnişin qatarlarının hərəkəti normal rejim üzrə tam bərpa olunub.

***

08:49

7 dekabr tarixində səhər saatlarında Azərbaycan ərazisində baş vermiş 5.0 bal zəlzələdən dərhal sonra "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Fövqəladə Hallar Komissiyası müvafiq infrastruktur obyektlərinə texniki baxışın keçirilməsinə başlayıb, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılır.

Bu barədə 1news.az-a ADY-dən bildirilib.

Məlumata görə, yol infrastrukturunda aparılan texniki diaqnostika ilə əlaqədar olaraq qatarların hərəkət sürəti qismən aşağı salınıb, bununla əlaqədar olaraq qatarların qrafikində qismən kənaraçıxma halları müşahidə oluna bilər.

Paylaş:
412

Son xəbərlər

Bütün xəbərlər