Çindəki güclü zəlzələdə 126 nəfər ölüb - Yaralılar var | 1news.az | Xəbərlər
Dünya

Çindəki güclü zəlzələdə 126 nəfər ölüb - Yaralılar var

17:46 - 19 / 12 / 2023
Çindəki güclü zəlzələdə 126 nəfər ölüb - Yaralılar var

Çinin Qansu və Çinxay əyalətlərində baş verən 6,2 bal gücündə zəlzələ qurbanlarının sayı 126 nəfərə çatıb.

1news.az "Unikal"a istinadən xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Zəlzələdən zərər çəkmiş bəzi yaşayış məntəqələrində su və enerji təchizatı dayandırılıb, nəqliyyat əlaqələri kəsilib.

Çin prezidenti Si Cinpin insanların axtarışı və xilas edilməsi, eləcə də zəlzələnin nəticələrinin aradan qaldırılması üçün bütün səylərin göstərilməsi barədə əmr verib.

Paylaş:
647

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər