Qubad İbadoğlu ev dustaqlığına buraxılıb - FOTO
Qubad İbadoğlu ev dustaqlığına buraxılıb.
1news.az xəbər verir ki, bu barədə onun vəkili Bəhruz Bayramov öz "Facebook" səhifəsində paylaşım edib.
"Nərimanov rayon məhkəməsinin qərarına əsasən Qubad İbadoğlu barəsində secilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olundu" - deyə B.Bayramov əlavə edib.
Xatırladaq ki, Q.İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunurdu.
324