Ötən il onkoloji xəstəliklərə görə dövlət büdcəsindən ayrılan vəsait açıqlandı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ötən il onkoloji xəstəliklərə görə dövlət büdcəsindən ayrılan vəsait açıqlandı

Qafar Ağayev11:19 - 23 / 05 / 2024
Ötən il onkoloji xəstəliklərə görə dövlət büdcəsindən ayrılan vəsait açıqlandı

2023-cü ildə onkoloji xəstələrin müayinə, müalicə və reabilitasiyasının həyata keçirilməsi, lazımi dərman preparatlarına olan tələbatının ödənilməsi, bu sahənin maddi-texniki təminatının daha da yaxşılaşdırılması üçün dövlət büdcəsindən 46,8 milyon manat məbləğində vəsait ayrılıb ki, bu da 2022-ci ilə nisbətən 3,2 milyon manat və ya 6,9 faiz çoxdur.

1news.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatda öz əksini tapıb.

Həmçinin hesabatda qeyd edilib ki, dövlət büdcəsinin "Səhiyyə sahəsinə aid olan digər tədbirlər" xərclərindən Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının təkmilləşdirilməsi üçün Mərkəzə əlavə 5,0 milyon manat ayrılıb və icrası təmin edilib.

Paylaş:
306

Son xəbərlər

Bütün xəbərlər