Kamaləddin Qafarov: “Azərbaycanın qaz ixracı coğrafiyasının genişlənməsi çox vacib amildir” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kamaləddin Qafarov: “Azərbaycanın qaz ixracı coğrafiyasının genişlənməsi çox vacib amildir”

13:23 - 06 / 06 / 2024
Kamaləddin Qafarov: “Azərbaycanın qaz ixracı coğrafiyasının genişlənməsi çox vacib amildir”

“Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu enerji siyasəti sayəsində Azərbaycanın bu strateji sahədə mövqeləri getdikcə güclənir, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əsas aktorlardan biri kimi çıxış edir. İyunun 4-də paytaxtımızda start götürmüş Bakı Enerji Həftəsi də bu gün artıq təkcə regionda deyil, eləcə də bütün dünyada enerji sahəsində ən önəmli qlobal beynəlxalq platformalardan biri hesab olunur”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, tədbir çərçivəsində Bakı Ekspo Mərkəzində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışı olub. “Məlum olduğu kimi, bu beynəlxalq tədbir hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədilə ən yüksək səviyyəli rəhbər işçiləri öz platformasında bir araya gətirir”.

K.Qafarov beynəlxalq tədbirin açılış mərasimində iştirak edən Prezident İlham Əliyevin çıxışında bir sıra önəmli məqamların yer aldığını vurğulayaraq deyib: “ Cənab Prezident öz çıxışında bir daha xatırlatdı ki, Xəzər neft-qaz sərgisi ilk dəfə 1994-cü ildə keçirilib və o vaxtdan bəri Azərbaycanın enerji sektoruna birbaşa xarici sərmayənin cəlb edilməsində çox vacib rol oynayır. Həmin vaxtdan bəri tədbirin miqyasının durmadan genişləndiyini bildirən dövlət başçısı diqqətə çatdırdı ki, Bakı Enerji Həftəsi enerji siyasətinin neft, qaz, emal, ixrac və əlbəttə ki, yaşıl enerji də daxil olmaqla bütün seqmentlərini əhatə edir. Bu gün Avropanın enerji təhlükəsizliyində ən önəmli və aparıcı rolu hələ də məhz təbii qaz təchizatı oynayır. Buna görə də Azərbaycanın bu qitədə enerji daşıyıcıları sahəsində fəaliyyətini genişləndirməsi həm ölkəmiz, həm də tərəfdaşlarımız üçün zəruridir. Fəaliyyətin genişləndirilməsilə bağlı yarana biləcək qaz qıtlığı problemini isə “Şahdəniz” layihəsi birdəfəlik aradan qaldırdı və artıq bu il Azərbaycanın ixrac edəcəyi qazın həcmi 24 milyard kubmetrdən artıq olacaq”.

K. Qafarov Azərbaycanın qaz ixracının coğrafiyasının genişlənəcəyinə dair Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin mühüm əhəmiyyətini xüsusi vurğulayıb: “Azərbaycan qaz təchizatı məsələlərində artıq özünü etibarlı tərəfdaş kimi sübut edib. Lakin cənab Prezident İlham Əliyev birmənalı olaraq bildirdi ki, ölkəmizin təbii qazla təchiz etdiyi coğrafiyanın bundan sonra da genişlənəcəyi yəqindir. Avropa Komissiyası Azərbaycanı artıq çoxdan Pan-Avropa qaz təchizatçısı adlandırır. Dövlət başçımızın dediyi kimi, bu gün Azərbaycan qazını idxal edən 8 ölkədən 6-sı məhz Avropa ölkəsidir ki, bu da kifayət qədər ciddi göstəricidir. Bununla yanaşı, hazırda enerji təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan qazına ehtiyacı olan bir sıra dövlətlərlə fəal danışıqlar aparılır. Məhz bu məqam ölkənin qaz ixracının coğrafiyasının bir qədər də genişlənəcəyini əminliklə deməyə əsas verir” .

Paylaş:
230

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər