Türkiyə səfirliyi partlayışda həlak olan ANAMA əməkdaşının ailəsinə başsağlığı verib
Türkiyənin Azərbaycandakı Səfirliyi bu gün Cəbrayıl rayonu ərazisində minatəmizləmə prosesi zamanı baş verən partlayışla bağlı başsağlığı verib.
1news.az xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib:
“Azərbaycan Minatəmizləmə Agentliyinin əməkdaşının Cəbrayıl rayonunda baş verən mina partlayışı səbəbindən həlak olması və digər əməkdaşların yaralanması xəbəri bizi kədərləndirdi. Həlak olan ANAMA əməkdaşına Allahdan rəhmət, yaralananlara şəfa diləyirik”.
233