Qəzzada ölən fələstinlilərin yeni sayı açıqlanıb | 1news.az | Xəbərlər
Dünya

Qəzzada ölən fələstinlilərin yeni sayı açıqlanıb

18:07 - 29 / 06 / 2024
Qəzzada ölən fələstinlilərin yeni sayı açıqlanıb

Yaxın Şərqdə münaqişə başlayandan bəri Qəzza zolağında 37,8 mindən çox fələstinli ölüb.

1news.az “Report”a istinadən xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

Zərərçəkənlərin sayı 86 858 nəfər olub.

Məlumata görə, son 24 saat ərzində İsrail hərbçilərinin fəaliyyəti nəticəsində 40 fələstinli ölüb, daha 224 nəfər isə yaralanıb.

Paylaş:
1124

Son xəbərlər

Tovuzda minik maşını aşıb

17 / 04 / 2025, 14:24
Bütün xəbərlər