Köməyə çağırış: 12 yaşlı Hüseynin sizin dəstəyinizə ehtiyacı var - FOTO
29.06.2012 təvəllüdlü Nuriyev Hüseyn Elman oğlu Beta talessemiyadan əziyyət cəkir.
Hüseynin anası Lalə Nuriyevanın sözlərinə görə, oğlu 6 aylığından Talessemiya Mərkəzində qeydiyyatdadır.
“Balam qan köçürülmə ilə həyatda qalır. Son bir neçə ildir ki, həftədə bir dəfə, uzaqbaşı 10 gündənbir qan köçürülür.
Amma qan vurulanda da daxili orqanlarında problemlər yaranır. Qanında dəmir çoxalır, onu bədənindən kənarlaşdırmaq üçün isə aparatdan istifadə edirik. Hər gecə iynə vurularaq yatır. Artıq bezib iynələrdən, rahat yatmaq istəyir.
Çarəsi ilik əməliyyatıdır və Türkiyədə olmalıdır. Lazım olan məbləğ isə 100 min dollardır. Bizim donorumuz da var. O, xaricidir. Heç olmasa yarısını yığıb xəstəxanaya ödəməliyik ki, donor bizi gözləsin.
Allaha xatir görüb keçməyin. Bizim gücümüz çatmır. Xahiş edirəm, bizə dəstək olun ki, balam sağlamlığına qovuşsun”.
Əməliyyat olunmadan ötüb keçən hər dəqiqə onun üçün həyati əhəmiyyət daşıyır. Ona yardım əlini uzatmaq istəyən xeyirxah və yardımsevər insanlar aşağıdakı bank hesabına pul köçürə və ya ailənin özü ilə əlaqə saxlaya bilərlər:
Elman Nuriyev: 070 562 18 16
Kapital Bank: 4169 7388 3605 9786