Dəftər, qələm, çanta, forma... – Valideynlər övladlarını yeni tədris ilinə necə hazırlayırlar? - VİDEOREPORTAJ | 1news.az | Xəbərlər
Reportaj

Dəftər, qələm, çanta, forma... – Valideynlər övladlarını yeni tədris ilinə necə hazırlayırlar? - VİDEOREPORTAJ

Ayşən İsmayılova15:11 - 30 / 08 / 2024
Dəftər, qələm, çanta, forma... – Valideynlər övladlarını yeni tədris ilinə necə hazırlayırlar? - VİDEOREPORTAJ

Artıq bir yay tətili də bitərək yerini yeni tədris ilinə vermək üzrədir.

Bu ərəfədə məktəbyaşlı övladları olan valideynlərin ən çox üz tutduğu yerlər isə, sözsüz ki, məktəb ləvazimatları və formalar satılan mağazalardır.

1news.az bazar qiymətlərini araşdırıb və bir şagirdin yeni dərs ilinə hazır olmağı üçün təxmini nə qədər büdcəyə ehtiyac duyulduğunu öyrənməyə çalışıb.

Müşahidələrimizə əsasən, məktəb ləvazimatlarının qiymətlərini təqdim edirik:

Çantalar - 14 AZN-dən 120 AZN-ə qədər;

Dəftər 12 - 100 vərəqli olmağından asılı olaraq 0.30 AZN-dən 1.10 AZN-ə qədər;

Qələm - 0.20 AZN-dən 6 AZN-ə qədər;

Sadə karandaş - 0.20 AZN-dən 3 AZN-də qədər;

Rəngli karandaşlar – 1.50 AZN-dən 9 AZN-ə qədər;

Karandaşyonan - 0.30 AZN-dən 6.50 AZN-ə qədər;

Pozan - 0.20 AZN-dən 2 AZN-ə qədər;

Plastilin - 2 AZN-dən 5 AZN-ə qədər;

Rəngli kağızlar – 0.70 AZN-dən 1.20 AZN-ə qədər;

Rəsm albomu – 0.70 AZN-dən 4 AZN-ə qədər;

Dəftər və kitab üzləri - 0.20 AZN-dən 0.30 AZN-ə qədər;

Qovluqlar - 0.40 AZN-dən 1.50 AZN-ə qədər;

Yapışqan - 0.60 AZN-dən 1.80 AZN-ə qədər;

Ağardıcı - 0.80 AZN-dən 1.40 AZN-ə qədər;

Flomaster – 1.20 AZN-dən 7.50 AZN-ə qədər;

Xətkeş - 0.30 AZN-dən 4 AZN-ə qədər;

Marker - qiyməti 0.50 AZN-dən başlayır 2 AZN-ə qədər

Su qabıları – 3 AZN-dən 15 AZN-ə qədər;

Termoslar - 8 AZN-dən 20 AZN-ə qədər

Ayşən İsmayılova - Səlim Salmanlı

FOTO - VİDEO: Nadir İbrahimli

Paylaş:
721

Son xəbərlər

“Usta mənəm” müsabiqəsinin seçim turu başa çatdı - FOTOBu gün, 10:31Şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:23“akart” geniş fəaliyyətə başladı!Bu gün, 10:18Bakıda BOSS Kids Wear uşaq geyim mağazası açılıb – FOTOBu gün, 10:15Azərbaycan nefti 4 %-dən çox ucuzlaşıbBu gün, 09:56Prezident Hadrutun azad olunmasının 4 ili ilə bağlı paylaşım edibBu gün, 09:37AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:12Bakıda tıxac olan küçə və prospektlər açıqlanıb - SİYAHIBu gün, 09:04Ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunan Təhsilin İnkişafı Forumu keçirilib - FOTO08 / 10 / 2024, 21:26Baş Prokurorluğun geniş kollegiya iclası keçirilib08 / 10 / 2024, 17:41Əhməd Əhmədovun məhkəməsi keçirilib, jurnalistlər iclasa buraxılmayıb08 / 10 / 2024, 17:10Bakıda Azərbaycan Halal Biznes və Turizm Forumu keçirilir - FOTO08 / 10 / 2024, 16:53Deputat: "Hakimin verdiyi qərarı kimsə ədalətsiz hesab edirsə, bunun həlli sosial mediada deyil"08 / 10 / 2024, 16:49Media nümayəndələri üçün “Daşınmaz əmlakın ilkin qeydiyyatı” mövzusunda seminar keçirilib - FOTO08 / 10 / 2024, 16:32Prezident Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir08 / 10 / 2024, 16:14Nəqliyyat vasitələrindən bayıra zibil atanların 4 min manatadək cərimələnməsi birinci oxunuşda təsdiqlənib08 / 10 / 2024, 15:50Sentyabrda Bakıda qanunsuz yaşayan 40 əcnəbi polis əməkdaşları tərəfindən saxlanılıb08 / 10 / 2024, 15:32Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB 108 / 10 / 2024, 15:18Daha 16 ailə Şuşaya köçüb, onlara yeni evlərinin açarları təqdim olunub - YENİLƏNİB08 / 10 / 2024, 15:02Vladimir Putin: Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edir08 / 10 / 2024, 14:49
Bütün xəbərlər