Aİ-yə səfər edəcəklərin NƏZƏRİNƏ: Noyabrda Şengen ölkələrinə girişlərdə yeni qaydalar tətbiq olunacaq | 1news.az | Xəbərlər
Dünya

Aİ-yə səfər edəcəklərin NƏZƏRİNƏ: Noyabrda Şengen ölkələrinə girişlərdə yeni qaydalar tətbiq olunacaq

Qafar Ağayev13:15 - 05 / 09 / 2024
Aİ-yə səfər edəcəklərin NƏZƏRİNƏ: Noyabrda Şengen ölkələrinə girişlərdə yeni qaydalar tətbiq olunacaq

Avropa İttifaqının Şengen bölgəsinə giriş edənlər üçün tətbiq ediləcək yeni sistem - Elektron Giriş/Çıxış Sistemi (EES - Entry Exit System) 10 noyabrdan etibarən istifadəyə veriləcək.

1news.az cnnturk.com-a istinadən xəbər verir ki, qısa müddətli səfərlər üçün Avropa ölkələrinə gedən üçüncü ölkə vətəndaşlar üçün 10 noyabrdan etibarən yeni qayda tətbiq olunacaq.

Konkret olaraq, EES, üçüncü ölkə vətəndaşlarının pasportlarının əl ilə möhürlənməsini əvəz edəcək və Şengen bölgəsinin xarici sərhədlərindən qısa müddətli (ümumi 180 günlük dövr ərzində maksimum 90 gün) keçid edən Aİ vətəndaşı olmayan şəxslərin giriş, çıxış, girişin rədd edilməsi və qalma müddətlərinin elektron şəkildə yoxlanılmasını təmin edəcək. Aİ bu yeni sistemlə sərhəd keçidlərini daha təhlükəsiz və səmərəli hala gətirməyi, hava limanlarında pasport növbələrində gözləmə müddətini qısaltmağı, qanunsuz miqrasiyanın qarşısını almağı və Avropa vətəndaşlarını qorumağı hədəfləyir. EES, saxta sənədlərlə Aİ-yə girməyə çalışanların aşkarlanmasını da mümkün edəcək.

EES fəaliyyətə başladıqda, üçüncü ölkə vətəndaşları Aİ sərhədində barmaq izləri və üztanıma sistemi vasitəsi ilə yoxlanılacaqlar. Sərnişinlər Aİ xarici sərhədini hər keçdiklərində pasport və ya digər səfər sənədlərini self-servis köşkdə skan edəcəklər.

Sistem Aİ vətəndaşları, qanuni sakinlər və ya uzunmüddətli viza sahibi olan şəxslər üçün keçərli olmayacaq. Həmçinin, elektron köşkdən ilk keçiddən sonra növbəti səfərlərdə yalnız bir barmaq izi və ya üztanıma sistemi ilə icazələri təsdiqləmək kifayət edəcək.

Yazılan məlumatlar EES-də yalnız üç il saxlanılacaq. Sistemin Kiprdə və İrlandiyada tətbiq olunmayacağı gözlənilir, lakin Şengenə daxil olan İslandiya, Lixtenşteyn, Norveç və İsveçrəyə girişlərdə istifadə ediləcək.

Paylaş:
466

Son xəbərlər

Azərbaycanda 7 ayda uyğunluğu qiymətləndirən 32 qurum akkreditasiya edilibBu gün, 17:49Azərbaycan Mərkəzi Bankı 4 təşkilata lisenziya veribBu gün, 17:43Növbəti “KOB FEST” sərgi-satış yarmarkası Naxçıvanda keçiriləcəkBu gün, 17:42QDF-lə TƏBİB arasında əməkdaşlığın inkişafı müzakirə olunub - FOTOBu gün, 17:37“ADEX” sərgisi 5 illik yubileyini qeyd edir - FOTOBu gün, 17:29Şəmkir sakini ağacdan yıxılaraq ölübBu gün, 17:10Ceyhun Bayramov: Yekun sülh sazişinin imzalanmasına ən ciddi maneə Ermənistan KonstitusiyasıdırBu gün, 17:03Bakıda daha bir yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaqBu gün, 16:26Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisinin müavini ilə görüşübBu gün, 16:23Leyla Əliyeva “Kəpənək” uşaq bağçasının açılışında iştirak edib - FOTOBu gün, 16:05Doğum günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunubBu gün, 15:50Qrip əleyhinə peyvəndlə bağlı valideynlərə çağırış edilibBu gün, 15:43Allahşükür Paşazadə sabah Rusiyaya gedəcəkBu gün, 15:09Hikmət Hacıyev: İşğal dövründə Azərbaycanın bir çox mədəni və dini abidələri dağıdılıbBu gün, 14:57Bal yarmarkasında satışa ən çox cökə balı çıxarılıbBu gün, 14:53Kapital Bank-ın Quba-Xaçmaz bölgəsi üzrə Əlaqə mərkəzi istifadəyə verildiBu gün, 14:24Kütləvi davada tələbə 5 xəncər zərbəsi alıbBu gün, 14:07“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin qalibi seçilibBu gün, 13:37Əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələləri müəyyənləşibBu gün, 13:16Xüsusi siniflər üzrə şagird sıxlığı normaları müəyyənləşib - Baş nazir qərar imzaladıBu gün, 13:12
Bütün xəbərlər