Muxtar Babayev BMT nümayəndəsi ilə COP29-la bağlı hazırlıq tədbirlərini müzakirə edib | 1news.az | Xəbərlər
Siyasət

Muxtar Babayev BMT nümayəndəsi ilə COP29-la bağlı hazırlıq tədbirlərini müzakirə edib

Qafar Ağayev17:05 - 19 / 09 / 2024
Muxtar Babayev BMT nümayəndəsi ilə COP29-la bağlı hazırlıq tədbirlərini müzakirə edib

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarının İqlim fəaliyyəti üzrə xüsusi məsləhətçisi Endryu Harper ilə görüşüb.

1news.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Görüş zamanı bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Paylaş:
184

Son xəbərlər

Nəqliyyat vasitələrindən bayıra zibil atanların 4 min manatadək cərimələnməsi birinci oxunuşda təsdiqlənibBu gün, 15:50Sentyabrda Bakıda qanunsuz yaşayan 40 əcnəbi polis əməkdaşları tərəfindən saxlanılıbBu gün, 15:32Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB 1Bu gün, 15:18Daha 16 ailə Şuşaya köçüb, onlara yeni evlərinin açarları təqdim olunub - YENİLƏNİBBu gün, 15:02Vladimir Putin: Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edirBu gün, 14:49“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı - FOTOBu gün, 14:43Xəzərin sahilində 200 kiloqramdan çox narkotik aşkarlanıb, üç nəfər saxlanılıbBu gün, 14:32Çərşənbə gününün hava proqnozuBu gün, 12:49Misirdə Azərbaycan nümayəndə heyətinin iştirakı ilə COP29 Simulyasiya Konfransı başlayıbBu gün, 12:25Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yol qəzası olubBu gün, 12:14“COP29 yaxınlaşdıqca anti-Azərbaycan qüvvələrin Azərbaycana qarşı təzyiqləri güclənir”Bu gün, 11:49FHN: Ötən sutka 9 nəfər xilas edilibBu gün, 11:26Bakıda ahıl şəxsləri aldadaraq pullarını ələ keçirən iki nəfər polis tərəfindən saxlanılıbBu gün, 11:02Dünya bazarlarında qızıl cüzi ucuzlaşıbBu gün, 10:38BŞİH-də növbəti müşavirə keçirilibBu gün, 10:06Azərbaycan neftinin qiyməti 83 dollara yaxınlaşıbBu gün, 09:31Beyləqanda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıbBu gün, 09:15Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb - SİYAHIBu gün, 09:05COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45
Bütün xəbərlər