Bakı-Qazax yolunda yanacaq daşıyan maşın aşıb, yanğın olub, ölən var - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Qazax yolunda yanacaq daşıyan maşın aşıb, yanğın olub, ölən var - VİDEO

Qafar Ağayev15:56 - 01 / 10 / 2024
Bakı-Qazax yolunda yanacaq daşıyan maşın aşıb, yanğın olub, ölən var - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Qazax magistral avtomobil yolunun Ucar rayonu, Müsüslü kəndi ərazisindən keçən hissəsində qəzaya düşmüş yanacaqdaşıyan yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

1news.az nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının qəza nəticəsində yol kənarına aşmış yanacaqla dolu yanacaqdaşıyan avtomobilin çənində baş verdiyi və yaxınlıqdakı tikiliyə keçdiyi, habelə genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Yanğın nəticəsində yanacaqdaşıyan yük avtomobilinin yanar konstruksiyaları və 40 ton yanacaq, vətəndaşa məxsus yardımçı tikili yanıb.

Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.

Hadisə yerində avtomobilin sürücüsünün meyiti aşkar edilib.

Aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Paylaş:
285

Son xəbərlər

Bütün xəbərlər