İsrail qüvvələri 1973-cü ildən sonra ilk dəfə Suriya ərazilərinə daxil olub | 1news.az | Xəbərlər
Dünya

İsrail qüvvələri 1973-cü ildən sonra ilk dəfə Suriya ərazilərinə daxil olub

Qafar Ağayev09:21 - 09 / 12 / 2024
İsrail qüvvələri 1973-cü ildən sonra ilk dəfə Suriya ərazilərinə daxil olub

İsrail qüvvələri Suriya ərazilərinə irəliləyib.

1news.az xəbər verir ki, bu barədə "The New York Times" İsrail rəsmilərinə istinad edərək məlumat yayıb.

Bildirilib ki, rəsmilər İsrailin hava qüvvələrinin həftə sonu Suriya dövlətinin hərbi obyektlərini də vurduğunu təsdiqləyiblər.

Həmin hərbi obyektlərin "müxaliflərin" əlinə keçməsinin İsrail üçün təhlükə təşkil etdiyini bildirən rəsmilər, vurulan hədəflər arasında kiçik kimyəvi silah anbarları, radar təchizatlı batareyalar, Rusiya istehsalı hava hücumundan müdafiə sistemləri və Skad raketlərinin olduğunu qeyd ediblər.

İsrail rəsmiləri, İsrail qüvvələrinin Qolan yüksəkliklərindəki tampon zonanı keçərək 1973-cü ildən sonra ilk dəfə Suriya ərazilərinə daxil olduğunu bildirib.

İsrail Baş naziri Benyamin Netanyahu dünən işğal altında saxladıqları Qolan yüksəkliklərindəki tampon zonanı "ələ keçirmələri" üçün orduya tapşırıq verildiyini söyləmişdi.

Həmçinin, İsrail dövlət televiziyası KAN-ın xəbərində İsrail ordusunun işğal altındakı Qolan yüksəkliklərinin Suriya tərəfində yerləşən Şeyx dağına nəzarəti ələ keçirdiyini təsdiqlədiyi vurğulanıb.

İsrail 1967-ci ildən Suriya ərazisi olan Qolan yüksəkliklərini işğal altında saxlayır. 1974-cü ildə İsrail və Suriya arasında imzalanan Qoşunların Çıxarılması Sazişi ilə tampon zonanın və silahsızlaşdırılmış ərazinin sərhədləri müəyyən edilmişdi.

Paylaş:
229

Son xəbərlər

Daxili İşlər Nazirliyinin rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edibBu gün, 13:58141 mindən çox proaktiv müavinət və təqaüd təyin olunubBu gün, 13:38Lenovo rəsmisi: Süni intellektin müştərilərimiz üçün daha da əlçatan olmasına sərmayə qoymağa davam edirikBu gün, 13:35AFFA “Qarabağ” klubunu 2000 manat cərimələyibBu gün, 13:20Yağış, qar yağacağı gözlənilir - Hava proqnozuBu gün, 12:51Ceyhun Bayramov: Ermənistanla sülh müqaviləsi layihəsi üzrə 15 maddə razılaşdırılıbBu gün, 12:39Əli Əsədov səfirlikdə Heydər Əliyevin xatirəsini yad etdi - FOTOBu gün, 12:20Türkiyə səfirindən Heydər Əliyevin anım günü ilə bağlı PAYLAŞIMBu gün, 12:00Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıbBu gün, 11:45Əmtəə bazarlarında qızılın qiyməti 2 750 dollara yaxınlaşıbBu gün, 11:15Nazir: Saxta diplomlu həkimlərlə bağlı araşdırma aparılırBu gün, 11:14Mərkəzi Bank “Plato Capital and Co. İnvestisiya Şirkəti”nin lisenziyasını ləğv edibBu gün, 11:05Prezidentin köməkçisi: Ermənistanla Azərbaycan arasında danışıqlarda üçüncü ölkəyə ehtiyac yoxdurBu gün, 10:56Hikmət Hacıyev NATO Müdafiə Kollecinin nümayəndə heyəti ilə görüşübBu gün, 10:45Bu ilin 11 ayında Azərbaycana ən çox hansı ölkələrdən turistlər gəlib? - STATİSTİKABu gün, 10:34Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTOBu gün, 10:28Tramp Suriyada qərarlıdır: “Biz qarışmayacağıq”Bu gün, 10:27Azərbaycan neftinin qiyməti 76 dolları ötübBu gün, 10:25İcmadan ABŞ-nin Dövlət katibinə çağırış: Azərbaycanın daxili işlərinə qarışmayınBu gün, 09:56Rayonlarda 2 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVABu gün, 09:48
Bütün xəbərlər