Bakıda hansı ərazilərdə tramvayla xətləri effektiv ola bilər? - Nazir müavinindən açıqlama | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda hansı ərazilərdə tramvayla xətləri effektiv ola bilər? - Nazir müavinindən açıqlama

Qafar Ağayev11:14 - Bu gün
Bakıda hansı ərazilərdə tramvayla xətləri effektiv ola bilər? - Nazir müavinindən açıqlama

“Tramvay kütləvi daşıma üçündür və onlar üçün ilk növbədə uyğun yer olmalıdır”.

1news.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov 2024-cü ildə nəqliyyat sahəsində həyata keçirilmiş işlərlə bağlı brifinqdə bildirib.

"Bakı şəhərində tramvay xətlərinin inşası ilə bağlı təhlillər aparmışıq və və bu xətlərin faydalı ola biləcəyi yerləri araşdırmışıq. Şəhər mərkəzində insanların hərəkəti üçün ən səmərəli vasitə metropolitendir. Tramvay Mehdiabad qəsəbəsindən Azadlıq prospektinə doğru , Binəqədidən keçməklə "28 may" metrostansiyasına qədər mümkün ola bilər”.

“Bundan başqa, "Seebreeze" istiqamətində də yeni yaşayış məntəqələri yaradıldığına görə həmin istiqamətdə də tramvayla bağlı dşünülə bilər", - deyə o qeyd edib.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər