DYP Bakı-Qazax yolunda elektron tərəzi quraşdırılması ilə əlaqədar xəbərdarlıq edib | 1news.az | Xəbərlər
Cəmiyyət

DYP Bakı-Qazax yolunda elektron tərəzi quraşdırılması ilə əlaqədar xəbərdarlıq edib

Qafar Ağayev17:34 - 05 / 03 / 2025
DYP Bakı-Qazax yolunda elektron tərəzi quraşdırılması ilə əlaqədar xəbərdarlıq edib

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi xəbərdarlıq edib.

İdarədən 1news.az-a verilən məlumata görə, xəbərdarlıqda deyilir:

"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına əsasən, M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 343,2-ci kilometrində (Gəncə postu yaxınlığı) elektron tərəzi sisteminin quraşdırılması ilə əlaqədar martın 6-dan başlayaraq təqribən 2 ay müddətində nəqliyyat vasitələrinin hərəkəti qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardankeçmə yolu ilə təşkil ediləcək.

Baş Dövlət Yol Polisi İdarəsi hərəkətin təşkilində ediləcək dəyişiklikləri nəzərə alaraq, sürücülərdən yolun sözügedən hissəsində daha diqqətli olmağı, müvəqqəti yol nişanlarının tələblərinə qeyd-şərtsiz əməl etməyi, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaradan hərəkətlərdən çəkinməyi xahiş edir".

Paylaş:
103

Son xəbərlər

Bütün xəbərlər