Azərbaycanda elektrikdoldurma xidməti üçün vahid platforma yaradıla bilər

Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyndə elektrikdoldurma xidməti bazarı üçün vahid platforma hazırlanması, elektrikdoldurma xidməti göstərən məntəqələrin sözügedən platformaya inteqrasiyası məsələləri də müzakirə edilib.
1news.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, müzakirələr Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” işçi qrupunun “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi” üzrə altqrupunun növbəti iclasında olub.
Dövlət Agentliyinin təşkil etdiyi görüşdə “Azərişıq” ASC və "Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" İctimai Birliyinin nümayəndələri, eləcə də elektrikdoldurma sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.