“Məktəbəqədər təhsil müəssisələrinin qida ilə təminatı nəzarətdə saxlanılır” | 1news.az | Xəbərlər
Cəmiyyət

“Məktəbəqədər təhsil müəssisələrinin qida ilə təminatı nəzarətdə saxlanılır”

Ayşən Salehli15:30 - 30 / 07 / 2025
“Məktəbəqədər təhsil müəssisələrinin qida ilə təminatı nəzarətdə saxlanılır”

“Məktəbəqədər təhsil müəssisələrinin qida ilə təminatı nəzarətdə saxlanılır”.

1news.az xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova bağçalarla bağlı təşkil olunan brifinqdə çıxışı zamanı deyib.

“2 ildir ki, qidalanma ilə bağlı pilot layihə tətbiq edilir. Uşaqların gündəlik qidalanma rasionu vahid menyu əsasında təşkil edilir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə əməkdaşlıq çərçivəsində indiyədək 1600 nəfər qida ilə məşğul olan əməkdaş təlimlərə cəlb edilib. 900 müəssisədə qida nümunələri götürülərək laborator analizlər aparılıb. Bu il də 500 müəssisədə təlimlərin təşkili, laborator analizlərin davam etdirilməsi və mətbəxlərdə maarifləndirici plakatların yerləşdirilməsi planlaşdırılır”.

Paylaş:
135

Son xəbərlər

Bütün xəbərlər