Lerikdə meşədə üzərinə ağac aşan kişi ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Lerikdə meşədə üzərinə ağac aşan kişi ölüb

16:16 - 09 / 08 / 2025
Lerikdə meşədə üzərinə ağac aşan kişi ölüb

Lerikdə meşəyə odun yığmağa gedən 51 yaşlı Lənkəran sakininin üzərinə ağac aşıb.

1news.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonunun Gürdəsər meşəsinin 9-cu dolayında baş verib.

Belə ki, Lənkəran rayon sakini 1974-cü il təvəllüdlü İbrahim Nəriman oğlu Ağayev, şəhid ailələri üçün ayrılan kvota üzrə meşəyə odun gətirməyə gedib. A.İbrahimov üzərinə ağacın aşması nəticəsində ağır xəsarət alıb. Ətrafdakıların köməyi ilə o yaxınlıqdakı kəndə çatdırılsa da, təcili tibbi yardım briqadası gələnə qədər ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
389

Son xəbərlər

Sabah 36 dərəcə isti olacaq

20 / 06 / 2026, 13:40
Bütün xəbərlər